MİRAS Beyləqanda seminar keçirir -

MİRAS Beyləqanda seminar keçirir

2013-cü il martın 28-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyi “Orta əsr şəhər mədəniyyəti və Beyləqan” mövzusunda seminar keçirəcək.
Beyləqan rayonu İcra Hakimiyyəti və Beyləqan rayonu Mədəniyyət və Turizm şöbəsinin dəstəyi ilə keçriləcək tədbirin məqsədi son zamanlar Azərbaycanın orta əsr şəhərlərində, eləcə də Beyləqanda aparılan tədqiqatların tariximizi öyrənmək baxımından əhəmiyyətini seminar iştirakçıları ilə, xüsusilə də gənclərlə bölüşməkdir.
Seminarda AMEA-nın müxbir üzvü Vəli Əliyev “Naxçıvanın orta əsr abidələri”, MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Orta əsr Ağsu şəhərində arxeoloji tədqiqatlar”, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Aidə İsmayılova “Azərbaycanda orta əsr şəhər mədəniyyətinin öyrənilməsində Beyləqan şəhərinin rolu” movzusunda çıxış edəcəklər.
Beyləqan şəhərində Mədəniyyət sarayında keçriləcək tədbir MİRAS Musiqi qrupunun çıxışı ilə yekunlaşacaq.
Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində keçiriləcək seminardan sonra iştirakçıların Beyləqanda yerləşən tarixi abidələrə ekskursiyası gerçəkləşəcək.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !