Azərbaycanlıların soyqırımının 95 illiyinə həsr olunmuş tədbir -

Azərbaycanlıların soyqırımının 95 illiyinə həsr olunmuş tədbir

2013-cü il martın 28-də saat 1200-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 31 Mart azərbaycanlıların soyqırımının 95 illiyinə həsr olunmuş tədbir təşkil olunmuşdur.
Tədbirdə professor Solmaz Rüstəmova-Tohidi çıxış edəcək.
Solmaz Rüstəmova-Tohidi – görkəmli Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisidir. Solmaz Rüstəmova-Tohidi – 6 kitabın, 50 məqalə və 100-dən çox elmi nəşrlərin müəllifidir. 7 kitabın elmi redaktoru, 4 sənəd kolleksiyasının və dövrü nəşrin tərtibatçısıdır. Son illər Azərbaycanlıların soyqırımına həsr olunmuş kitablar yazmışdır. Həmin kitablarda Bakıda, Qubada və digər rayonlarda baş vermiş hadisələr haqqında sənədlər toplanmışdır. Böyük əhəmiyyət daşıyan bu kitablar erməni millətçiləri tərəfindən yürüdülən siyasətin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli bir mənbədir.
Azərbaycan İstiqlal Muzeyində təşkil olunmuş tədbirdə S.Rüstəmova-Tohidi soyqırım haqqında ətraflı məlumat verəcək, həmin hadisələrin fotoşəkilləri və sənədləri nümayiş edəcək.
Sonra isə tədbirin iştirakçılarına Bakı soyqırımına həsr olunmuş sənədli film təqdim olunacaq.
Tədbirdə Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak edəcəklər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !