Sumqayıtda 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ qeyd edildi -

Sumqayıtda 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ qeyd edildi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə Sumqayıtın tarix muzeyində 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra soz alan İcra Hakimiyyətinin müavini Elgin Həbibullayev soy qırımla əlaqəli geniş nitq soylədi.Daha sonar söz
şair Əvəz Mahmud Lələdaga verildi. Əvəz müəllim bədnam ermənilərin zaman-zaman torpaqlarımızda törətdikləri qanlı hadisələrdən danışdı. O qeyd etdi ki yağı düşmən tərəfindən 1918--ci ildə Bakıda, Lənkəranda, Qubada, Şamaxıda və digər ərazilərdə minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilmiş, kənd və şəhərlərimiz viran qoyulmuşdurlar qəsbkar ermənilərin "Böyük Ermənistan" yaratmaq xülyası ilə bu gün də işğalçılıq siyasəti apardıqlarını bildirmiş, onların törətdikləri faciələr barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatlar verilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Fotolar
Xaqani Əzizovundur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !