Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. -

Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.

30 mart 2013 – cü il tarixdə saat 11:00 –da Ağcabədi rayonu Şəhidlər Xiyabanında və Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabanında Qarabağ müharibəsi şəhidlərinini qəbirləri üzərinə tər qərənfil dəstələri düzmüş və onların ruhunu yad etmişlər.
Tədbir iştirakçıları erməni vəhşiliyinin qurbanı olan günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq qeyd etmişdir ki, tarix erməni şovinistlərinin zaman – zaman günahsız, dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə təkrarlanır.1917-ci ildə Rusiyada baş vermiş baş vermiş fevral və oktyabr inqilablarından sonra Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır.
Müasir , dinamik inkişaf yolunda uğurla addımlayan dövlətimizin apardığı siyasət onun güclü sabahından xəbər verir. .Bunun müqabilində ölkəmizdən kənarda Ulu Öndər Heydər Əliyevin və bu gün də uğurla həyata keçirilən lobbiçilik siyasətinin nəticəsində formalaşan Azərbaycan lobbisi erməni cinayətlərini dünyaya bəyan etməklə, onların murdar və maskalı üzlərini dünyaya daha yaxından tanıdırlar və gec – tez Azərbaycan dövləti öz haqq səsini hər bir kəsə çatdıra biləcəkdir.
Daha sonra natiq öz fikirlərini ” Tariximiz bizim üçün dərs olmalıdır”- söyləyən Ulu Öndər Heydər Əliyevin sözləri ilə tamamladı və hər bir gəncə tariximizi öyrənməyi, keçmişimizi bilib, onun yaxşılarını müdafiə etməyi, səhvlərimizdən isə dərs almağı tövsiyyə etdi.
Çıxışdan sonra Humanitar Fənnlər və tədrisi metodikası kafedrasının dosenti tarix üzrə fəlsəfə elmləri doktoru Məhəmməd Hüseynov “ 31 Mart - Azərbaycan xalqına qarşı bəşəri cinayətdir” məruzəsi ilə çıxış etdi.
Məruzə ətrafında Ümumi fənnlər kafedrasının müdiri, pedoqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli, İbtidai sinif müəllimi ixtisası üzrə 3 kurs tələbəsi Mürsəlova Məryəm çıxış edərək, ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti türklərə qarşı münasibətinin heç vaxt dəyişməyəcəyini acı şəkildə bizlərə göstərdi. Amma tarix də , zaman da heç bir ədalətsizliyi cəzasız qoymur. Təki biz unutqan olmayaq!
Tədbirdə 150 nəfər iştirak etmişdir.

Fotomüxbir. Mais İbrahimov (Az.PRESS.az) Ağcabədi.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !