Xoca bədii filmi Moskvada nümayiş etdirilmişdir -

“Xoca” bədii filmi Moskvada nümayiş etdirilmişdir

 Martın 30-da Moskvanın “Xudojestvenni” kinoteatrında “Xoca” bədii filminin nümayişi olmuşdur.
Azərbaycanın Moskvadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən nümayişdə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, “Xoca” filminin rejissoru Vahid Mustafayev, baş prodüseri Mir Şahin Ağayev iştirak etmişlər.
Filmin nümayişindən əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə dəstəyi ilə son illər bir çox ölkələrdə ermənilər tərəfindən törədilmiş azərbaycanlıların soyqırımı, Xocalı faciəsi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası sayəsində dünya ictimaiyyəti azərbaycanlıların öz torpaqlarında başlarına gətirilən müsibətlərdən xəbərdar olmuşdur. İndi artıq beynəlxalq birlik üzünü Azərbaycana tərəf çevirməyə başlayır, haqq-ədalət öz yerini tapır.
Səfir demişdir: “Azərbaycanın yaradıcı ziyalıları da bu işə öz töhfələrini verirlər. Bu yaxınlarda Moskvada “Dolu” filminin nümayişi uğurla keçmişdir. Bu gün isə rejissor Vahid Mustafayevin “Xoca” filmi göstəriləcəkdir. Belə filmlər, ilk növbədə, xalqımıza, gənclərimizə çox lazımdır”.
“Xoca” filminin rejissoru Vahid Mustafayev çıxışında bildirmişdir ki, film Avropanın bir çox ölkələrində artıq nümayiş etdirilmişdir. Xocalıda baş verən hadisələrin mahiyyəti etibarı ilə “Xoca” filminin məhz Moskvada göstərilməsi xüsusilə əhəmiyyətlidir.
V.Mustafayev demişdir: “İndiyədək biz dünyaya Xocalı hadisələrinin statistikasını verə bilmişik. Bu filmdə isə biz çalışmışıq ki, dəhşətli faciəni bədii obrazlarla tamaşaçılara çatdıraq və tamaşaçı doğmalarını, yurd-yuvasını itirmiş insanların ağrısını hiss edə bilsin. Filmdə 366-cı alayın əsgərləri əks olunmuşdur. Ancaq azərbaycanlılarla birlikdə döyüşənlərin arasında baş qəhrəmanın yaxın dostu Yura adlı Azərbaycan əsgəri də vardır”.
“Xoca” filminin nümayişində Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin üzvləri, Rusiya ictimaiyyətinin nümayəndələri, Moskvada təhsil alan azərbaycanlı tələblər iştirak etmişlər.(AzərTAc).

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !