"XX əsrin soyqırımı" adlı aksiya keçirilib -

"XX əsrin soyqırımı" adlı aksiya keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “XX əsrin soyqırımı” adlı elektron aksiya keçirib.
ATGTİ-nin qərargahında keçirilmiş aksiyada təşkilatın üzvləri 1800 elektron poçt ünvanına ingilis, fransız, və alman dillərinə tərcümə edilmiş 31 Mart Azərbaycanlıların Soyqırımı haqqında tarixi faktları, elmi araşdırma və məqalələri, soyqırım şəkillərini göndəriblər. Məlumatların göndərildiyi ünvanlar arasında bir çox beynəlxalq təşkilatların, müxtəlif ölkələrin parlamentlərinin, dünya üzrə tanınmış ictimai-siyasi xadimlərin və beynəlxalq KİV-lərin də poçt ünvanları var idi.
Göndərilmiş məlumatlarda azərbaycanlı tələbələr baş vermiş bu soyqırıma dünya ictimaiyyətini biganə qalmamağa səsləyir, bu soyqırımı insanlığa qarşı törədilmiş bir cinayət kimi qiymətləndirdiklərini diqqətə çatdırıblar.
Qeyd edirik ki, ATGTİ-yə daxil müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları da (TGT) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş xatirə - anım tədbirləri keçirdiblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !