ADU-da 31 mart soyqırımı beynəlxalq aləmdə adlı tədbir keçirildi -

ADU-da “31 mart soyqırımı beynəlxalq aləmdə” adlı tədbir keçirildi

AzPRESS xəbər verir ki, Azərbaycan Dillər Universitetində “31 mart soyqırımı beynəlxalq aləmdə” adlı tədbir keçirildi. Tədbir ADU TGT və ADU TGT Vətənpərvərlər Klubunun təşəbbüsü ilə baş tutdu. Tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, Azərbaycan tarixi, fəlsəfə və sosial- siyasi elmlər kafedrasının müdiri, dosent Ədalət Abdıyeva, kafedranın müəllimləri və tələbələr iştirak edirdi. Əvvəlcə 31 mart soyqırımında həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev 31 mart soyqırımının Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş qanlı cinayətlərdən biri olduğunu bildirdi. O, Ermənistanın illərdir ki, öz vəhşiliklərini ört-basdır eləmək, özlərini haqlı çıxartmaq üçün təbliğatlar apardığını dedi. Uzun müddət dünyanın erməni yalanına inandığını, erməni fitnəkarlığına dəstək verdiyini təəssüflə sözlərinə əlavə etdi. Lakin buna baxmayaraq artıq Azərbaycanın uğurlu xarici diplomatiyası nəticəsində qısa müddətdə ölkəmizin daha artıq uğur qazandığını deyən prorektor Ələddin Əliyev bu faciənin beynəlxalq aləmdə tanıdılması üçün dövlətimiz tərəfindən sistemli işlər görüldüyünü bildirdi. O, xalqımızın başına gətirilən soyqırım aktlarının beynəlxalq səviyyədə bir sıra dünya dövlətləri tərəfindən tanındığını söylədi. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin rolunu xüsusi qeyd etdi.
Azərbaycan tarixi, fəlsəfə və sosial- siyasi elmlər kafedrasının professoru Məhəmməd Teymurlu ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə martın bu gününün “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunduğunu söylədi. Professor M. Teymurlu həmin dövrdə qana boyanmış Bakı küçələrinin dəhşətli bir sərgini xatırlatdığını deyərək xalqın başına acılan oyunları, ermənilərin Şaumyanın başçılığı ilə Bakı, Lənkəran, Kürdəmir, Qarabağın bir çox yerlərində əhalini ucdantutma qırdıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Bu faciələrin dünyaya çatdırılması, azərbaycanlılara qarşı olan soyqırımın beynəlxalq səviyyədə tanıdılmasının vacib olduğunu dedi.
Daha sonra Azərbaycan tarixi, fəlsəfə və sosial- siyasi elmlər kafedrasının müəllimləri - dosent Qorxmaz Mustafayev, Şəlalə Bağırova və Ramil Quliyev Azərbaycan xalqının başına gətirilən bu soyqırım haqda tarixi faktları dilə gətirdilər, Çıxışçılar öz məruzələrində həmin vaxt Bakıda və Azərbaycanın bir çox yerlərində, o cümlədən Qubada, Şamaxıda, Zəngəzurda və Naxçıvanda azərbaycanlıların kütləvi şəkildə məhv edildiyini, olmazın işgəncələrə məruz qalan yüzlərlə uşağın, qocanın, qadının ermənilər tərəfindən ağır zülmlərə düçar olduqlarını bildirdilər. Riyaziyyat və informatika kafedrasının müdiri, dosent Vasif Müslümov, Milli Aviasiya Akademiyası TGT Vətənpərvərlər Klubunun sədri Əfsər Novruzov və ADU-nun tələbəsi Şəbnəm Mustafayeva gənclərin bu faciələr haqda, xalqımızın başına gətirilən soyqırım aktları ilə bağlı mütləq məlumatlı olmasının və bu istiqamətdə tariximizi daha dərindən öyrənməsinin vacibliyini önə çəkdilər. Tələbə gənclər Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın Xocalı soyqırımı ilə bağlı başlatdığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir sıra mühüm işlərin həyata keçirildiyini və xalqımızın əsrlər boyu başına gətirilən digər soyqırım aktlarının da dünyaya çatdırılması üçün gənclərimizin üzərinə böyük məsuliyyət düşdüyünü dərk etdiklərini dedilər. Bildirildi ki, hər bir azərbaycanlı gənc, bütün tələbələr bu işdə öz bilik, bacarıq və dil vərdişlərindən faydalanaraq öz fəaliyyətini qurmalı və 31 mart soyqırımını beynəlxalq aləmdə tanıtmaq istiqamətində öz gücünü əsirgəməməlidir
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !