Yeni Nəfəs Gənclər Təşkilatı Quba məzarlığını ziyarət edib. -

Yeni Nəfəs Gənclər Təşkilatı Quba məzarlığını ziyarət edib.

Yeni Nəfəs Gənclər Təşkilatı 31 Mart Soyqırımı ilə əlaqədar Quba məzarlığına ziyarət təşkil edib. İlk öncə məzarlıq ziyarət olunub və soyqırıma məruz qalan insanlarımız bir dəqiqəlik sayğı duruşu ilə yad olunub. Sonra Yeni Nəfəs Gənclər Təşkilatının sədri Mehman Həsən 31 Mart Soyqırımı haqqında qısa tarixi məlumat verib. “Bu bir millətin bilə-bilə digər bir milləti öz milli mənsubiyyətinə görə təmamilə məhv etməsi idi. Ermənilərin bu hadisələri törətməkdə əsas məqsədi Azərbaycan xalqının milli düşüncəsini məhv etmək idi. Bizim borcumuz bu tarixi unutmamaq və gənclərimizə də unutdurmamaqdır." söyləyib. Daha sonra Qarabağ qazisi Tutu Cumayeva gənclərə müraciət edərək demişdir: "Qanla verilən torpaq ancaq qanla alına bilər." Gənclərdən isə Əli Turan 31 Mart Soyqırımı haqqında fikirlərini bölüşüb və gənclərimizi mübariz olmağa səsləyib. Sonda isə gənclər "Unutmayaq, unutdurmayaq" şüarını səsləndirib.

Yeni Nəfəs Gənclər Təşkilatı
Mətbuat xidməti
Nərgiz Qarayeva
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !