Tələbələr 31 Mart qurbanlarının xatirəsini yad ediblər -

Tələbələr 31 Mart qurbanlarının xatirəsini yad ediblər

Azərbaycan Dillər və Azərbaycan Dövlət İqtisad Universitetlərinin Tələbə Gənclər Təşkilatları (ADU və ADİU TGT) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbirləri keçiriblər.
ADU TGT-nin mətbuat xidmətinin verdiyi məlumata əsasən, ADU TGT-nin “Vətənpərvərlər” klubunun, universitetin İnformasiya Resurs Kompleksi ilə birgə təşkil etdikləri xatirə tədbirinin açılışında çıxış edən universitetin professoru Məhəmməd Teymurlu, tələbələri erməni cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün daha fəal olmağa səslədi. Daha sonra universitetin təlim – tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edərək, Qarabağ, Xocalı və 31 Mart Azərbaycanlıların Soyqırımı haqqında məlumatların tələbələrin bildikləri bütün dillərə tərcümə edilib, internet vasitəsilə yayımlanmasının vacibliyini vurğuladı.
Tədbirin sonunda çıxış edən ADU TGT sədri Xıdır Kazımov universitet tələbələrinin internet məkanında ölkəmizin tarixi barəsində doğru məlumatların çatdırılması işinin davam etdiriləcəyini qeyd etdi.
ADİU TGT-dən verilən məlumatda isə qeyd olunub ki, onlar 31 Mart Soyqırımına həsr olunmuş qısametrajlı film hazırlayıblar.
Film öz ailə üzvlərini itirmiş ADİU tələbəsi haqqındadır. Filmdə tələbə, inşa yazarkən, yuxuya gedir və öz gözü ilə bir ailənin qətlini görür. Həmin yuxuda tələbə hadisələri valideynləri öldürülən bir qızın gözü ilə görür. Ayılandan sonra, tələbə anlayır ki, yuxuda gördüyü həmin cütlük, Azərbaycan xalqına qarşı törədilmiş soyqırım zamanı qəttarcasına öldürülmüş onun döğma ulu baba və nənəsi idi.
Qeyd edirik ki, çəkilmiş filmin ideya müəllifi, rejissoru, operatoru və aktyorları ADİU tələbələri və ADİU TGT-nin fəallarıdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !