Amerika qəzetində 1914-1922-ci illərdə türklərin və azərbaycanlıların kütləvi qətlləri ilə əlaqədar müraciət dərc olunmuşdur -

Amerika qəzetində 1914-1922-ci illərdə türklərin və azərbaycanlıların kütləvi qətlləri ilə əlaqədar müraciət dərc olunmuşdur

 Amerikanın Nyu-Cersi ştatında nəşr edilən “Central Jersey” qəzetində Pax Turcica İnstitutunun üzvü Filomena lorio-Tasolukun müraciəti dərc olunmuşdur.
Müraciətdə o, bəşəriyyətə qarşı cinayətlərin, o cümlədən Holokost, Srebrenitsa və Ruanda soyqırımlarının öyrənilməsi barədə ştatın qanunlarını alqışlayır. Müraciətin müəllifi 1949-cu ildən qüvvədə olan orta məktəb proqramına “erməni soyqırımı”nın daxil edilməsi barədə ştatın Nümayəndələr Palatasının 176 nömrəli və Senatın 47 nömrəli qanun layihələrini şübhə altına alır.
Müraciətdə deyilir ki, soyqırımı cinayətinin qarşısının alınması və bu cinayətə görə cəza verilməsi haqqında BMT-nin 1948-ci il tarixli konvensiyasının tələb etdiyi fakt - Osmanlı imperiyası dövründə ermənilərin qırılması faktı müəyyən edilməmişdir. Bundan başqa, Birləşmiş Millətlərin Beynəlxalq Məhkəməsi “soyqırımı” termininin tətbiqinin müəyyənləşdirilməsi üzrə BMT-nin əsas orqanı kimi “erməni soyqırımı” işinə başlamamış və bu barədə heç bir rəy verməmişdir. Daha sonra deyilir ki, Amerika hökuməti “erməni soyqırımı” faktını tanımamışdır.
Məktubun müəllifi, həmçinin qeyd edir ki, 1914-1922-ci illərdə 523.955 türk, kürd, azərbaycanlı və digər müsəlmanlar Anadoluda və Qafqazda başqa dövlətlərin ərazilərində özlərinə dövlət yaratmağı planlaşdıran erməni millətçilərin silahlı dəstələri tərəfindən qətlə yetirilmişlər. Məktubun müəllifi buradan belə qənaətə gəlir ki, əgər Senatın və Nümayəndələr Palatasının qanun layihələrində “erməni soyqırımı”nın sübuta yetirilmədiyi göstərilirsə, deməli, bu layihələrə eyni zamanda türklərin kütləvi qətlləri barədə müddəa da daxil edilməlidir.(AzərTAc).

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !