UŞAQLAR VƏ KOSMOS sərgi - müsabiqəsi -

“UŞAQLAR VƏ KOSMOS” sərgi - müsabiqəsi

Sərgi - müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin ölkəmizdə İnformasiya - kommunikasiya ili elan olunması və cari ildə Azərbaycanın ilk süni peykinin orbitə buraxılması ilə əlaqədar Park Bulvar AVM -də yerləşən respublikadakı ilk və yeganə planetarium - Tusi Bohm Planetariumun təklifi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilati dəstəyi ilə keçirilir.
Sərgi insanın kosmosa ilk uçuşu ilə əlaqələndirilən 12 aprel tarixində saat 12.00-da Tusi Bohm Planetariumda açıdı
Sərgi - müsabiqədə məktəblilərin sərbəst texnika ilə işlədikləri kosmonavtika, kosmos, səma cismlərinə həsr olunmuş 500-ə yaxın rəsm əsərindən 50-si tanınmış rəssamlardan o cümlədən EİROVİSİON ulduzumuz Eldar Qasımovdan ibarət münsiflər heyəti tərəfindən seçilərək nümayiş etdiriləcək. Bütün iştirakçılara ASB və Şoki Moki tərəfindən xatirə hədiyyələri veriləcək. I, II və III yerləri tutan 3 (üç) nəfər iştirakçıya isə xüsusi mükafatlar təqdim edilir.
Sərgi - müsabiqədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Tusi Bohm Planetariumun rəhbərliyi və əməkdaşları, məktəblilər, onların valideynləri, müəllimlər iştirak edirlər. Qalibləri təltif etmə mərasimindən sonra sərgi iştirakçılarının Planetariumun kino zalında kosmonavtika, kosmos, səma cismlərinə aid alimlərin söhbətlərini dinləməsi və maraqlı filmlərə tamaşası nəzərdə tutulur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !