Xocalıda faciəli hadisələri əks etdirən səyyar sənədli fotosərgi İsraildə yürüşünü davam etdirir -

Xocalıda faciəli hadisələri əks etdirən səyyar sənədli fotosərgi İsraildə “yürüşünü” davam etdirir

Heydər Əliyev Fondunun, STMEGİ Beynəlxalq Dağ Yəhudiləri Xeyriyyə Fondunun dəstəyi ilə “İsrail-Azərbaycan” (AZİZ) Beynəlxalq Assosiasiyası tərəfindən fevral ayında Təl-Əviv Universitetindəki Diaspor Muzeyində açılmış “Xocalıya ədalət” fotosərgisi indi İsrailin şimalına, Afula şəhərinə köçürülmüşdür.
“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, aprelin 11-də “Beyt Poznak” mədəniyyət mərkəzində o günlərin dəhşətli hadisələrini əks etdirən foto sərgi açılmışdır. Sərginin açılışı mərasimində Afula şəhərinin meri Avi Elkabets, merin müavini Boris Yudis, ictimai təşkilatların başçıları, şəhərdəki ən müxtəlif həmvətənlər cəmiyyətlərinin nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Tədbiri açan “AZİZ” Assosiasiyası yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Dağlıq Qarabağ münaqişəsindən, 1992-ci il fevralın 25-dən 26-na keçən o gecənin dəhşətlərindən danışmışdır.
Afula Bələdiyyə Şurasının başçısı Avi Elkabets öz çıxışında Xocalı faciəsindən çox kədərləndiyini və qəzəbləndiyini bildirmiş, informasiya verdiyinə və fotosərgini onun şəhərində keçirdiyinə görə “AZİZ” Assosiasiyasına təşəkkür etmişdir.
Afula şəhəri merinin müavini Boris Yudis şəhərdə və bütövlükdə İsraildə Azərbaycan həmvətənləri cəmiyyətinin aktiv fəaliyyətini xüsusi vurğulamışdır. Onun sözlərinə görə, “AZİZ” Assosiasiyası İsraildə ən nüfuzlu və fəal ictimai təşkilatlardan biridir.
Afula sakini Tofiq Əlibəyovun çıxışı böyük maraq doğurmuşdur. O, Dağlıq Qarabağ müharibəsi zamanı erməni quldurları tərəfindən öldürülmüş oğlundan danışmışdır.
“İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak tədbirdə iştirak etdiklərinə görə hamıya minnətdarlığını bildirmişdir. L.Spivak Azərbaycan icmasına daim diqqət yetirdiyinə görə Afula şəhərinin merinə və onun müavininə təşəkkür etmişdir.
Sərgi aprelin sonunadək davam edəcəkdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !