ELMİ KONFRANSIN PROQRAMI -

ELMİ KONFRANSIN PROQRAMI

( ƏTRAFLI FOTO-REPORTAJLAR ...)

ANTIK VƏ ORTA ƏSR

AZƏRBAYCAN ŞƏHƏRLƏRİ:

ARXEOLOJİ İRSİ,TARİXİ VƏ MEMARLIĞI

ELMİ KONFRANSIN PROQRAMI

27-28 oktyabr 2010, Şəmkir, Gədəbəy

1-ci reportaj: yol üstə >>> :

2-ci reportaj: Şəmkirdə ilk görüşlər >>> :

3-cü reportaj: Şəmkirdə ilk görüşlər >>> :

4-cü reportaj: Şəmkir:Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyuldu,sonra qonaqlar və konfrans iştirakcıları Heydər Eliyevin xatirə muzeyində oldular :

FOTO-KAMERA - 1 >>> >>> >>> ( Foto: S. RASiM )

FOTO-KAMERA - 2 >>> >>> >>> ( Foto: S.GÜNEL ) Y E N i

5-ci REPORTAJ : Konfransın plenar iclasında

FOTO-KAMERA - 1 >>> >>> >>> ( Foto: S.RASiM )

FOTO-KAMERA - 2 >>> >>> >>> ( Foto: S.GÜNEL )

6-cı REPORTAJ : konfrans iştirakçıları Orta əsr Şəmkir şəhər yerində aparılan arxeoloji qazıntılar ilə tanış oldular:

FOTO-KAMERA - 1 >>> >>> >>> ( Foto: S.RASiM )

FOTO-KAMERA - 2 >>> >>> >>> ( Foto: S.GÜNEL ) Y E N i

7-ci REPORTAJ : Konfransın 2-ci günü:

FOTO-REPORTAJ >>> >>> >>> Şəmkir

FOTO- REPORTAJ >>> >>> >>> Gədəbəy Y E N i

8-ci REPORTAJ : Konfransın 2-ci günü: ( HAZIRLANIR ... )


Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı. Elmi konfrans. 27-28 oktyabr 2010-cu il. Şəmkir, Gədəbəy.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Memarlıq və Inşaat Universiteti, Şəmkir Rayon Icra Hakimiyyəti, Gədəbəy Rayon Icra Hakimiyyəti, Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə oktyabrın 27-də Şəmkir şəhərində "Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı" mövzusunda elmi konfrans işə başlayıb. Konfransı açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov Azərbaycanın qədim və orta əsrlər tarixində şəhərlərin mühüm istehsal, mədəni və intellektual potensialın cəmləşdiyi məkan olaraq cəmiyyətin mütərəqqi inkişafını təmin edən mərkəzlər olduğunu nəzərə çatdırdı. Xalqımızın zəngin mədəni irsinin və tarixinin üzə çıxarılmasında, yazılmasında və təbliğində şəhərlərin arxeoloji irsinin, tarixinin və memarlığının dərindən araşdırılmasının aktuallığını xüsusilə qeyd etdi. Konfransın açılışında Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Mədəni irs" şöbəsinin müdiri Rizvan Bayramov, Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev çıxış edərək tədbirin əhəmiyyətini vurğuladılar və elmi forumun iştirakçılarına uğurlar arzuladılar.

Konfransın plenar iclasında AMEA-nın vitse prezidenti, akademik Nailə Vəlixanlı "Şəmkir orta əsr ərəb mənbələrində", AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova "Azərbaycanın Antik və Orta əsr şəhərlərinin arxeoloji tədqiqinin nəticələri və perspektivləri", Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Rizvan Bayramov "Azərbaycanın tarixi yaşayış məkanları və onların qorunmasına dair", Dağıstanlı alim tarix elmləri doktoru Ömər Davudov " Dağıstanın Alban dövrü yaşayış yerləri", Gürcüstanlı alim, tarix elmləri doktoru Quram Marxulia "Azərbaycan şəhəri İrəvan və ya tarixi "Erevats","Ereuni","Erivan","Yerevan" Azərbaycana məxsusdur ya ermənilərə?" mövzularında məruzələr etdilər.

Günün ikinci yarısında konfrans iştirakçıları Orta əsr Şəmkir şəhər yerində aparılan arxeoloji qazıntılar ilə tanış oldular.

Sabah, oktyabrın 28-də Arxeologiya, Tarix və Memarlıq bölmələri olmaqla üç bölmədə konfrans işini Şəmkir və Gədəbəy şəhərlərində davam etdirəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !