Araz çayının hər iki sahillində müsəlmanların soyqırımı kitabı Təbrizdə təkrar nəşr olunmuşdur -

“Araz çayının hər iki sahillində müsəlmanların soyqırımı” kitabı Təbrizdə təkrar nəşr olunmuşdur

“Araz çayının hər iki sahillində müsəlmanların soyqırımı” kitabı Təbrizdə fars dilində təkrar nəşr olunmuşdur.
Görkəmli tədqiqatçı Səməd Sərdarniyanın qələmə aldığı əsər çar Rusiyasının himayəsi və birbaşa təşkilatçılığı ilə erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımılardan, torpaqlarımızın işğalından, görkəmli şəxsiyyətlərimizin qətlindən, düçar olduğumuz erməni terrorlarının dəhşətlərindən bəhs edir. Tarixi faktlar və arxiv sənədləri əsasında yazılmış kitabda qədim Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistan dövlətinin təcavüzkar siyasəti və terrorçuluq fəaliyyəti, 1905-07-ci il hadisələri, 1918-ci ilin mart soyqırımı, Təbriz, Səlmas, Maku, Urmiya və s. şəhərlərdə erməni silahlılarının azərbaycanlılara qarşı törətdikləri ağır cinayətlərə dair mühüm məqamlar farsdilli oxuculara təqdim edilmişdir.(AzərTAc).

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !