Nizami rayonunun Heydər Əliyev parkında fəalliyyət göstərən Rəssamlıq Dərnəyində iştirak edən gənc rəssamların mükafatlandırılması keçirildi. -

Nizami rayonunun Heydər Əliyev parkında fəalliyyət göstərən Rəssamlıq Dərnəyində iştirak edən gənc rəssamların mükafatlandırılması keçirildi.

AzPRESS xəbər verir ki, 1may 2013-cü il. Nizami rayonunun Heydər Əliyev parkında fəalliyyət göstərən Rəssamlıq Dərnəyində Ümummilli Lider Heydər Əliyevin 90illik yubileyinə həsr olunan sərgi keçirildi. Nizami rayonunun Heydər Əliyev parkında fəalliyyət göstərən Rəssamlıq Dərnəyi sentyabr ayının 14-də Respublikamızın Prezidenti cənab İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən açıldı. Dərnəyin açılışından bu günə kimi burada 2-9-cu sinf şagirdləri Təsviri sənət ( rəngkarlıq, rəsm, heykəltaraşlıq) və Tətbiqi dekorativ sənət (xalçaçılıq) ilə tamamilə ödənişsiz məşğul olan məktəblilərin hamsının seçilmiş əl işləri nümayiş olundu. Sərgidə Nizami rayonunun Heydər Əliyev parkında fəaliyyət göstərən Rəssamlıq Dərnəyinin rəhbəri Aysel Əmirova, Rəssamlar İttifaqının nümayəndəsi əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev və Mədəniyyət İdarələrinin nümayəndələri iştrak etdilər. Sərgidə 50 uşağın 196 əl işi sərgiləndi.Gələn qonaqlar sərgidə dərslərin gedişini əks etdirən foto şəkillərdən ibarət slaydlarla tanış oldular. Dərnəyin rəhbəri : Aysel Əmirova
Dərnəyin müəllimləri : Ayturan İbrahimova
Leyla Vazehi
10 nəfər – fərqlənmə; 4 nəfər 3-cü yer; 3 nəfər - 2-ci yer ; 2 nəfər –1-ci yerlə diplomlarla təltif olundular. Fərqlənmə - 10 nəfər: 1.Əzizova Şəhla 2. Qasımov Mir- İsmayıl 3. Şükürova Aytac 4. Verdiyev Allahşükür 5.Muradova Lalə 6. Hacızadə Mir-Həbib 7.Hüseynli Zeynəb 8. İsgəndərli Elmin 9. Yusifov Musa 10. Məmmədov Kənan
3-cü yer (4 nəfər ) Sertifikat 1.Qarayeva Sima 2. Səfərli Arif 3.Musayeva Sərcan 4. Abdulova Aytac
2-ci yer (3 nəfər) Sertifikat 1. Fərhadlı Uğurxan 2. Seyidova Gülçin 3. Abdullayev Pərviz
1-ci yer (2 nəfər) Diplom 1. Əliyeva Məryəm 2. Rəhimli Nigar
Xüsusi-fotoreportaj: Rüstəm Farman

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !