Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisi Fərid Məmmədovun tanıtım materialı hazırlanmışdır. -

Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisi Fərid Məmmədovun tanıtım materialı hazırlanmışdır.

Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisi Fərid Məmmədovun tanıtım materialı hazırlanmışdır.
AzərTAc-ın İsveçə ezam olunmuş müxbiri xəbər verir ki, tanıtım materialına üzərinə Fərid Məmmədovun və “Hold me” mahnısının adı yazılmış köynəklər və qələm daxildir.
Eyni zamanda, tanıtım materialı içərisində təmsilçimizin bu müsabiqədə ifa edəcəyi mahnının daxil olduğu xüsusi disk də vardır. Bu tanıtım materialı müsabiqəni işıqlandıran xarici jurnalistlərə və yarışmanı izləmək üçün dünyanın müxtəlif ölkələrindən gəlmiş fanatlara hədiyyə edilir. (AzərTAc)