Azərbaycan Londonda keçirilən 54-cü beynəlxalq yaz sərgisi və qida festivalında təmsil olunmuşdur -

Azərbaycan Londonda keçirilən 54-cü beynəlxalq yaz sərgisi və qida festivalında təmsil olunmuşdur

Londonda 54-cü beynəlxalq yaz sərgisi və qida festivalı keçirilmişdir. Azərbaycan Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə bu sərgidə təmsil olunmuşdur.
Festivalda 100-dən artıq ölkənin Britaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin, xarici dövlətlərin səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər. İştirakçı ölkələr milli mətbəxlərindən nümunələri, mədəniyyətlərini və tarixlərini əks etdirən suvenirləri sərgiləmişlər.
Azərbaycan üçün ayrılan stenddə xalça, kəlağayı, xurcun, ölkəmizin milli mədəniyyətini, tarixini və adət ənənələrini əks etdirən digər suvenirlər nümayiş etdirilmişdir.
Xeyriyyə tədbiri şahzadə Aleksandranın himayəsi altında Birləşmiş Krallığın Beynəlxalq Uşaqları Qoruma və Ailələri Birləşdirmə Xeyriyyə Cəmiyyəti (CFAB) tərəfindən təşkil olunmuşdur.
Gün ərzində əldə olunan xeyli məbləğdə vəsait səfirliyimiz tərəfindən təşkilatçılara ödənilmişdir.
Xeyriyyə tədbirindən əldə olunan vəsait boşanma nəticəsində ailə üzvlərindən ayrılan, miqrasiya, sığınacaq, insan alveri, eləcədə bu və ya digər səbəbdən müdafiəyə ehtiyacı olan şəxslərə kömək məqsədi ilə istifadə ediləcəkdir.(AzərTAc) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !