Eurovision-2013 mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilmişdir -

“Eurovision-2013” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilmişdir

Mayın 14-də “Malmö Arena”nın səhnəsində “Eurovision-2013” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilmişdir.

AzərTAc-ın İsveçə ezam olunmuş müxbiri xəbər verir ki, “Eurovision-2013” şousunun aparıcısı Petra Mede bu mötəbər layihənin tamaşaçılarını salamlamış, iştirakçılara uğurlar arzulamışdır.
Sonra “Eurovision-2012” mahnı müsabiqəsinin qalibi olmuş Loreen uşaqlarla birgə ona qələbə qazandıran “Europhoria” mahnısını təqdim etmişdir.
On altı ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə birinci Avstriya təmsilçisi Natalie Kelli çıxmışdır. Ölkəsini “Shine” mahnısı ilə təmsil edən müğənninin ifası mövzuya uyğun parlaqlıqla nümayiş etdirilmişdir.
Estoniyanın gənc müğənnisi Birgit, Sloveniyadan Hannah, Xorvatiyadan Klapa s Mora qrupu, Danimarka təmsilçisi Emmelie de Forest, rusiyalı Dina Qaripova, Ukraynadan Zlata Oqneviç, niderlandlı təmsilçi Anouk, Monteneqrodan “Who see” qrupu, Litvadan Andrius Pojavis, Belarusun Alyona Lanskaya, Moldovadan Aliona Moon, İrlandiyadan Ryan Dolan, Kiprdən Despina Olimpiou, belçikalı Bellarosa, serbiyalı “Moje 3” qrupu öz ifalarını nümayiş etdirmişlər.
Konsertdə diqqəti cəlb edən əsas məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən İsveçin müxtəlif guşələrinin görüntüləri olmuşdur.
Yarımfinal mərhələsində iştirak edən 16 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olmuşdur. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanmışdır. Birinci yarımfinalda 16 ölkə təmsilçisindən finala vəsiqə qazanan 10 ölkənin sıra ardıcıllığı belədir: Moldova (1), Litva (2), İrlandiya (3), Estoniya (4), Belarus (5), Danimarka (6), Rusiya (7), Belçika (8), Ukrayna (9), Niderland (10).
Canlı şoudan dərhal sonra qalib ölkələrin təmsilçiləri mətbuat konfransı keçirmişlər. Finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri jurnalistlərin suallarını cavablandırmışlar.
Mətbuat konfransında 10 ölkə təmsilçisinin mayın 16-da keçiriləcək finalda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilmişdir.
Müsabiqənin birinci yarımfinalı dünyanın 50-yə yaxın ölkəsində televiziya ilə canlı yayımlanmışdır. Milyonlarla Televiziya tamaşaçısı isə bu möhtəşəm şounu izləmək şansı əldə etmişdir.(AzərTAc) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !