Gənc rəssam Leyla Şirəlinin «Rənglərin istisində» adlı fərdi sərgisi keçirilib -

Gənc rəssam Leyla Şirəlinin «Rənglərin istisində» adlı fərdi sərgisi keçirilib

Mayın 14-də Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda gənc rəssam Leyla Şirəlinin «Rənglərin istisində» adlı fərdi sərgisi keçirilib. Tədbiri açan akademik, YUNESKO Rəssamlar Birliyinin üzvü Sakit Məmmədov Leyla Şirəlini təbrik edib, onun gələcəkdə tanınmış bir rəssam kimi uğurlar qazanacağına əminliyini bildirdi. "Leylanın çirkdən uzaq, tərtəmiz rənglərdən istifadə etməsi onun daxili aləminin saflığından xəbər verir. İstərdim ki, Leyla rəssamlıq dünyasının Leylası, tamaşaçıları isə sənətinin Məcnunlarına çevrilsin»- deyən Sakit Məmmədov ilk fərdi sərginin gənc rəssamın yaradıcılığında böyük önəm daşıyacağını söylədi. Tədbirdə Birləşmiş Krallığın nümayəndəsi Piter Vonq, həmçinin istedadlı rəssam Turan Muxtarzadə təbriklərə qoşulub Leyla Şirəliyə yaradıcılıq uğurları arzuladılar.
Qeyd edək ki, 40-a yaxın müxtəlif rəngkarlıq nümunələrinin nümayiş olunduğu sərgi 3 gün müddətində davam edəcək
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !