Malmödə keçirilən Eurovision-2013 mahnı müsabiqəsində Danimarka təmsilçisi qələbə qazanmışdır. -

Malmödə keçirilən “Eurovision-2013” mahnı müsabiqəsində Danimarka təmsilçisi qələbə qazanmışdır.

“Malmö Arena”da keçirilən 58-ci “Eurovision” mahnı müsabiqəsində Danimarka təmsilçisi birinci olmuşdur.
Bu, Danimarkanın “Eurovision” yarışması tarixində sayca 3-cü qələbəsidir.
AzərTAc-ın müxbiri xəbər verir ki, bu qələbəni Danimarkaya 26 ölkənin birincilik uğrunda mübarizə apardığı final mərhələsində 281 səslə müğənni Emmelie de Forest qazandırmışdır. Azərbaycan təmsilçisi Fərid Məmmədov 234 səslə ikinci yerə layiq görülmüşdür. Ukraynlı Zlata Oqneviç isə 214 səslə üçüncü yerə çıxmışdır.
“Eurovision-2013” mahnı müsabiqəsinin qalibi, 19 yaşlı gənc müğənni Emmelie de Forest məşhur şotlandiyalı prodüserlə dünya turuna çıxmışdır. Müğənninin səhnə quruluşundakı özəlliklərindən biri də onun ayaq geyiminin olmamasıdır. O, Danimarkanın musiqi yarışmalarından sonra populyarlıq qazanmışdır. İlk mahnısını 2005-ci ildə təqdim edən xanım ifaçı bir müddət televiziyada aparıcı işləmişdir.
Emmelie de Forestin Danimarkanı Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu isə bu il reallaşmışdır.
Danimarkanın milli seçim turunda iştirak edən Emmelie de Forest ən yüksək göstərici ilə müsabiqənin qalibi elan olunmuşdur. Onun həmin müsabiqədə oxuduğu “Only teardrops” mahnısına 4 milyonadək tamaşaçı səs vermişdir.(AzərTAc) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !