ZİRVƏLƏRƏ DOĞRU -

ZİRVƏLƏRƏ DOĞRU

Yeni istedadların axtarışı məqsədi ilə Heydər Əliyev sarayında keçirilən daha bir müsabiqə öz yekun konsertini təqdim etdi. Fevral ayında sarayın təşkilatçılığı ilə “Zirvələrə doğru” müsabiqə sənəd qəbuluna başladı. Müsbiqədə muğam, xalq, estrada mahnıları, aşıq, bədii qiraət və müxtəlif musiqi alətlərində ifaçılıq bacarığı olan 16 yaşından 35 yaşınadək gənclər iştirak edə bilərdi. Aprelin 12-də isə müraciət edən gənclər arasında seçim turları başa çatdı. İştirakçılar müsiflər heyəti tərəfindən seçilirdi. Həmin heyyətə Heydər Əliyev Sarayın direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev, Sarayın baş rejissoru Gülçöhrə Şəfiyeva, respublikanın əməkdar artisti Ağacəbrail Abbasəliyev, əməkdar artist Təyyar Bayramov, əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli, əməkdar mədəniyyət işçisi, aşıq Nemət Qasımlı, Azərbaycan Sosial ve Muasir Rəqs Assosiasiyanın Sədri Əziz Əzizov daxil idi. Beləliklə, gənclər dinlənildikdən sonra Azərbaycanın məşhur mədəniyyət və incəsənət xadimlərindən ibarət komissiya tərəfindən daha istedadlı iştirakçılar seçildi və onlar böyük konsert proqramında iştirak etməyə haqq qazandılar. Nəhayət ki, müsabiqə qaliblərinin yekun konserti mayın 27-də Respublika sarayında “Zirvələrə doğru” adı ilə tamaşaçılara təqdim olundu. Müsabiqənin qalibləri Respublika sarayının səhnəsində musiqi, qiraət, rəqs, muğam üzrə öz yekun çıxışlarını tamaşaçılara təqdim edib, diplom və mükafatla təltif olundular. Zirvələrə bu səhnədən yol alan qaliblərimizi biz də təbrik edir və onlara daha uca zirvələr arzulayırıq. Qeyd edək ki, hər bir qalibin çıxışı tamaşaçılar tərəfindən sevgi və alqışla qarşılandı. Qalibləri sizə təqdim edirik. Muğam üzrə: Arzu Məmmədova, Xətai Hacıyev, Günay Mehdiyev, Vüqar Məmmədov, Eldəniz Məmmədov, Aysel İsamyılova, Vüqar Əbilov, Rüstəm Əyyublu; Estrada üzrə: Lalə Sultanlı, Emin Eminzadə, Elnarə Kazımova, Ramin Quliyev, Sona Əjdrəova, Amil Təhməzov; Bədii qiraət üzrə: Ülviyyə Xəlilova, Fətəli Məmmədov, Nigar Cəfərova, Ravil Talıbov, Ayrurə Haqverdiyeva; Musiqi alətlərində ifaçılığa görə:(qarmon) Mahir Quliyev, Becan Hüseynov, Nicat Nəbizadə, (saz) Nicat Rizvanov, Vüqar Məmmədov, Elgün Mehmanlı, Dilbər Əliyeva, (kamança) Səxavət Əliyev, (tar) Ayan Raxşıyev, (piano) Leyla Nəzərli.


NÜŞABƏ ASLAN

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !