Balaca rəssam Fuad Anzurovun fərdi sərgisi -

Balaca rəssam Fuad Anzurovun fərdi sərgisi

İlyas Əfəndiyev adına Elitar Gimnaziyada 4 a sinif şagirdi, “Abşeronun övladları” sənət klubunun üzvü balaca rəssam Fuad Anzurovun fərdi sərgisi keçirilmişdir. Sərgi həmin məktəbin akt zalında şagirdlərin rəqsləri ilə və musiqili möhtəşəm proqramla müşayiət olundu. Müxtəlif xalqların milli geyimlərini geymiş məktəblilər gözəl rəqslərlə tamaşacıların zövqünü oxşadılar. Sərgidə balaca rəssamın 29 qrafik rəsmi və 7 tablosu nümayiş etdirildi. Sərginin açılışında məktəb direktoru Sevda xanım Quliyeva, direktor müavini Nəsib Musayev, Abşeron Qalereyasının direktoru, sənətşünas Eldəniz İbrahimov, 4a sinif rəhbəri Esmira xanım Ağayeva cıxış etdilər və balaca rəssama yeni-yeni yaradıcılıq uğurları arzuladılar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !