Heydər Əliyev Fondu tərəfindən ABŞ-ın Merilend ştatında yerləşən fiziki və əqli cəhətdən qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı edilmişdir -

Heydər Əliyev Fondu tərəfindən ABŞ-ın Merilend ştatında yerləşən fiziki və əqli cəhətdən qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı edilmişdir

Azərbaycan ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda da xeyriyyəçilik fəaliyyətləri həyata keçirən Heydər Əliyev Fondu tərəfindən bu dəfə ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində yerləşən və ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı göstərilmişdir.
Bu yardım əsasında həmin məktəblər üçün kompyuterləşdirilmiş interaktiv lövhələr və əlil uşaqlar üçün müvafiq avadanlıq alınacaqdır.
İyunun 6-da bu münasibətlə Merilend ştatında qüsurlu uşaqların təhsil aldığı “Lonqvyu” məktəbində xüsusi mərasim təşkil olunmuşdur.
Mərasimdə məktəb rəhbərliyi, Montqomeri dairəsinin təhsil sisteminə daxil olan təşkilatların nümayəndələri, yerli hakimiyyət dairələrinin təmsilçiləri və qüsurlu şagirdlərin bir qrupu qatılmışlar.
İştirakçılar qarşısında çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə ilk növbədə onlara ölkəmiz və xalqımız haqqında məlumat vermiş, daha sonra Fondun qısa tarixçəsi, məqsəd və məramlarından söz açmışdır. O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında aparılan çoxşaxəli fəaliyyətlər və onların əhatə dairəsi barədə danışmışdır.
Fondun prezidentinin uşaqlara yetirdiyi diqqət və qayğını xüsusilə vurğulayan C.Paşayeva-Seyidzadə mərasimin təşkilinin ölkəmizdə geniş qeyd olunan 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günündən sonraya təsadüf etdiyini və uşaqlara bəxş edilən sevincin qiymətsiz olduğunu söyləmişdir.
Fondun nümayəndəsi yekunda “Lonqvyu” məktəbi ilə Azərbaycanın ixtisaslaşmış təhsil müəssisələri arasında təcrübə mübadiləsinin təşkilinin hər iki tərəf üçün faydalı ola biləcəyini göstərmişdir.
Mərasimdə Montqomeri dairəsinin təhsil fondunun icraçı direktoru Yolanda Pruit, dairənin təhsil xidmətləri mərkəzinin nümayəndəsi Lavern Kimbal və “Lonqvyu” məktəbinin əlaqələndirici Mişel Mak çıxış edərək səmimi xeyriyyəçiliyə görə Heydər Əliyev Fonduna təşəkkür etmiş və bu təşəbbüsü çox yüksək qiymətləndirmişlər.
Tədbirin iştirakçıları arasında olan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz növbəsində Heydər Əliyev Fondunun Montqomeri dairəsinin fiziki cəhətdən qüsurlu uşaqların təhsil aldığı məktəblərə göstərdiyi xeyriyyə dəstəyinin onların duyduğu ehtiyacların qarşılanması ilə bərabər, iki ölkənin xalqları arasında münasibətlərin dərinləşməsinə əhəmiyyətli bir töhfə olduğunu ifadə etmişdir.
Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycan musiqisi incilərini əks etdirən disklər və məlumat kitabçalarından ibarət hədiyyələri “Lonqvyu” məktəbinin rəhbərliyi minnətdarlıq hissi ilə qəbul etmişdir.
Mərasimin sonunda məktəbdə fiziki cəhətdən qüsurlu uşaqların təhsili üçün yaradılmış şərait tədbir iştirakçılarına nümayiş etdirilmişdir.
Qeyd edilməlidir ki, Heydər Əliyev Fondu tərəfindən göstərilmiş xeyriyyə yardımına “Washington Times” qəzetində ayrıca bir məqalə həsr olunmuşdur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !