Xəmsə Milli İntellektual oyunu üzrə Gənclər arasında VI Azərbaycan Çempionatının qalibi müəyyən olundu -

“Xəmsə” Milli İntellektual oyunu üzrə Gənclər arasında VI Azərbaycan Çempionatının qalibi müəyyən olundu

“Xəmsə” Milli İntellektual oyunu üzrə Gənclər arasında VI Azərbaycan Çempionatı başa çatdı. Birincilik uğrunda mubarizə aparan 32 komanda arasında dörd komanda final mərhələsinə vəsiqə qazanmışdır: Şirvan şəhərindən “Yamato” komandası, Sumqayıt şəhərindən “Bir Qalanın Sirri” və “Bella Ciao” komandaları, Binəqədi rayonundan isə “El-klassiko” komandası.

“Kempinski Hotel Badamdar” kompleksində keçirilən final mərhələsinin 5 raundun nəticəsi olaraq, qaliblər aşağıdakı qaydada müəyyən olunmuşdurlar:


1-ci yer – “Yamato” komandası

 

2-ci yer – “Bir Qalanın Sirri” komandası

 

3-cü yer – “El-klassiko” komandası

 

4-cü yer – “Bella Ciao” komandası

 

Finala vəsiqə qazanan komandalar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən qiymətli hədiyyələrlə təltif olundular.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !