Qələbə yolları ilə adlı Beynəlxalq Avtoyürüş keçirilmişdir -

“Qələbə yolları ilə” adlı Beynəlxalq Avtoyürüş keçirilmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOР) sədri xanım Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOР) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 6 may 2013-cü il tarixdən başlayaraq “Bizim ümumi qələbəmiz” adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşə start verilib.
“Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, II Dünya Müharibəsi və vətənimizin tarixinə marağın artırılmasından ibarətdir.
6 may 2013-cü il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən başlayan Beynəlxalq avtoyürüş çərçivəsində 15 ədəd “Lifan” markalı avtomaşınlar və 1 ədəd “Qazel” markalı avtomobil Rusiyanın 19 şəhərindən keçərək Azərbaycana daxil olmuş, Xacmaz rayon fəal gəncləri ilə görüşmüş sonra isə Quba rayonuna yola düşmüşlər. 6 iyun 2013- cü il tarixdə yürüş iştirakçıları Quba şəhərində “Naməlum əsgər” abidəsini ziyarət etmiş, Quba rayonu İcra Hakimiyyətinin rəhbərliyi, rayon gəncləri və II Dünya Müharibəsi veteranları ilə görüşmüşdür. Onlar, Heydər Əliyev muzeyi ilə tanış olduqdan sonra Quba Xalçaçılıq Mərkəzi, Tarix və Etnoqrafiya Muzeyini də ziyarət etmişdir.
7 iyun tarixində qonaqlar Qəbələ şəhərinə gəlmiş “Qəbələnd” istirahət və əyləncə parkında olmuşdur. Növbəti gün yürüş iştirakçıları Böyük Vətən Müharibəsi Memorialını ziyarət etmiş, Qəbələ rayonu İcra Hakimiyyətinin rəhbərliyi, rayon gəncləri və Böyük Vətən Müharibəsinin veteranları ilə görüşmüşdür. Onlar daha sonra “Beltman” piano fabriki, Tarix-Etnoqrafiya Muzeyi, Nic qəsəbəsində yerləşən Alban kilsəsi, İdman-atıcılıq kompleksinə səfər etmişdir.
İyunun 9-da yürüş iştirakçıları Bakı şəhərinə gəlmiş «İrəli» İctmai Birliyinin üzvləri ilə görüşmüşlər.
10 iyun 2013-cü il tarixində avtöyürüş iştirakçıları fəxri xiyabanı ziyarət etmiş, ulu öndər Heydər Əliyevinin məzarı önünə və iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklillər və gül çiçək dəstələri qoymuşlar. Avtoyürürüş iştirakçıları Bakı şəhərinin mədəni-tarixi abidələrini ziyarət etmiş, “Hilton” mehmanxanasının “Sevda” zalında Böyük Vətən Müharibəsi veteranları və tələbə gənclər təşkilatlarının sədrləri ilə görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 1941-1945-ci illər Böyük Vətən müharibəsinin canlı şahidləri olan veteranların taleyi və keçdiyi şərəfli yolu haqqında Azərbaycanda həyata keçirilən “Yaşayan Tarix” layihəsi haqqında geniş məlumat verilmişdir. Görüş zamanı avtoyürüş iştirakçıları tərəfindən “Bizim ümumi qələbəmiz” layihəsinin təqdimat mərasimi keçirilmiş veteranlardan müsahibələr alınmışdır. Həmin gün iştirakçılar Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayevlə görüşmüşlər. Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı geniş məlumat verilmişdir.
Qeyd edək ki, iştirakçılar iyunun 11-də Bakı şəhərini tərk edəcək və Moskva istiqamətində yürüşü davam etdirəcəklər. Yürüş Moskva şəhərində təntənəli mərasimlə yekunlaşacaqdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !