GƏNC QİRAƏTÇİLƏRİN MÜSABİQƏSİ (TƏKİ AZƏRBAYCAN ŞEİRİ QAZANSIN...) -

GƏNC QİRAƏTÇİLƏRİN MÜSABİQƏSİ (TƏKİ AZƏRBAYCAN ŞEİRİ QAZANSIN...)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin layihəsi əsasında keçirilən “Gənc Qiraətçilərin Ümumrespublika Müsabiqə”-sinə təqdim edən iştirakçılarla münsiflər arasında görüş keçrilmişdir. Görüşə gələnləri Azadlıq hərəkatçıları ictimai birliyinin sədri Təhmasib Novruzov salamladı. O bu layihənin araya gəlməsindən və Azərbaycanda belə bir layihənin keçirilməsinin vacibliyindən söhbət açdı. Qeyd etdi ki, bu layihənin keçirilməsində əsas məqsəd Azərbaycan ədəbi dilinin inkişafına xidmətdən ibarətdir. Daha sonra söz münsiflər heyətinin sədri, dilçi alim Buludxan Xəlilova verildi. Buludxan müəllim qeyd etdi ki, qiraət dilimizin şifahi qolunu inkişaf etdirən vacib bir nüansdır. Tədbirdə çıxış edən digər münsiflər-xalq artisti Ofelya Sənani, dramaturq Əflatun Əziz, Eldost Bayram, Çümşüd Muradov, Nadir Hüseynov, dünya azərbaycanlıları konqresinin nümayəndəsi Xəzər müəllim, Namiq Məna və Dilarə Vəliyeva iştirakçılara uğurlar arzulayıb müsabiqənin vacibliyi və şərtləri barədə məlumat verdilər. Müsabiqə iştirakçıları onları maraqlandıran suallarla münsiflərə müraciət etdilər. Müsabiqənin turları 5-15 sentyabr arasında keçiriləcək. 3 turun nəticələri toplanandan sonra finala yalnız 25 nəfər vəsiqə qazanacaq. Son mərhələ isə finalda iştirak edən qaliblər arasında keçiriləcək. Onu da qeyd edək ki, iştirakçılar Azərbaycan şeirinin hər 3 vəznində şeirlərlə çıxış etməlidirlər. AzPress adından arzu edirik kiç bu müsabiqdədə Azərbaycan dilinin özəlliyini və gözəlliyini öz nitiqində nümayiş etdirə bilən, Azərbaycan şeirini layiqincə təmsil edə bilən, həqiqətən də, qiraətçi adına layiq olan layiqlilər qazansın... TƏKİ AZƏRBAYCAN DİLİ, AZƏRBAYCAN ŞEİRİ QAZANSIN...
Nüşabə Aslan

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !