"Milli musiqimiz gənclərin təqdimatında" adlı layihənin konserti -

"Milli musiqimiz gənclərin təqdimatında" adlı layihənin konserti

Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Milli musiqimiz gənclərin təqdimatında" adlı layihə 03.07.2013 cü il tarixində saat 19:00 da Kapelhaus Alman Azərbaycan mədəniyyət mərkəzində keçirimişdir. Layihənin məqsədi milli musiqinin gənc nəslin nümayəndələri arasında daha da yayılıb inkişaf etməsinə imkan yaratmaqdır. Eyni zamanda Milli dəyərlərimizin ayrılmaz bir hissəsi kimi təbliğatını gənclər arasında aparmaqdır. Layihədə Gənc nəslin nümayəndələrindən Nuruzadə Şahin Rafayıl oğli, Nuriyev Məhəmmədəli Rafayıl oğlu,Bayramov Eıgün Elşad oğlu və Musabəyov Mahmud Söhrab oğlu iştirak etmişdir. Layihəyə rəhbərlik Növrəsli Arslan Növrəs oğlu rəhbərlik etmişdir. Konsertmeyster --- Nərgiz Əliyeva Konsertin aparıcısı --- Şanə Vəlizadə. (Musiqişünas)

Fotoreportaj: Rüstəm FƏRMAN

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !