Ermənistanı Azərbaycan xalqına qarşı soyqırımında ittiham etmiş Moldova ombudsmanı öz mövqeyindən dönmür -

Ermənistanı Azərbaycan xalqına qarşı soyqırımında ittiham etmiş Moldova ombudsmanı öz mövqeyindən dönmür

Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriu Ermənistan parlamentində çıxış edərək bildirmişdir ki, Xocalıda ermənilər tərəfindən soyqırımı törədilmişdir və beynəlxalq birlik bu faktı qəbul etmişdir. A.Qriqoriu “Facebook” sosial şəbəkəsində öz səhifəsində bu faktı şərh etmişdir.
AzərTAc moldovalı vəkilin şərhini olduğu kimi təqdim edir:
“Bu gün, 04.07.2013-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən təşkil olunmuş beynəlxalq konfransda çıxış etdim. Konfransın mövzusu: Qanunun aliliyi barədə Avropa standartları və Avropa Şurasının üzvü olan ölkələrdə hakimiyyət orqanlarının səlahiyyət hüdudları.
Mənim çıxışımın mövzusu: Dondurulmuş münaqişə ərazilərində insan hüquqlarına riayət edilməsi.
Mən münaqişələrin gizli siyasi səbəblərinə toxunmayacağım barədə qabaqcadan xəbərdarlıq edərək dedim ki, hüququn aliliyi özlüyündə hər bir demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi olduğundan, hüququn aliliyi anlayışı dövlətlərdən, vəzifəli şəxslərdən hər bir insanın ləyaqətinə hörmətlə yanaşmağı, bərabərlik prinsipinə riayət edilməsini, hər kəsin hakimiyyət orqanlarının istənilən qərarlarından qərəzsiz və müstəqil məhkəmələrə şikayət vermək imkanına malik olmasını tələb edir.
Sonra mən insan hüquqlarına riayət edilməsi ilə əlaqədar və postsovet məkanındakı ölkələr üçün ümumi bir problem – regionda dondurulmuş münaqişələr problemi üzərində ətraflı dayandım.
Mənim çıxışım həm Gürcüstan ərazisində, həm Azərbaycan ərazisində - Dağlıq Qarabağda, həm də Moldovanın sol sahil ərazisində dondurulmuş münaqişələrə aid idi.
Çıxışda BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, habelə BMT Baş Məclisinin 14 mart 2008-ci il tarixli 62/243 nömrəli qətnaməsinin materiallarından istifadə edilmişdi.
Sonra mən həm Ermənistan ərazisində, həm də Dağlıq Qarabağda azərbaycanlı əhaliyə münasibətdə insan hüquqlarının pozulması ilə əlaqədar məlum faktları sadaladım.
Mən Dnestryanı bölgədə insan hüquqlarını pozulması məsələsinə keçən kimi sədrlik edən mənə öz çıxışımı tamamlamağı təklif etdi, çünki mən reqlamenti 3 dəqiqə pozmuşdum. Hərçənd, məndən əvvəlki natiqlər reqlamenti 15 dəqiqəyə qədər pozduqlarına baxmayaraq onların sözünü kəsməmişdilər.
Mənim çıxışımın əsas məqsədi münaqişələri yalnız dinc yolla tənzimləməyə, istər hərbi əməliyyatlar zamanı, istərsə də dondurulmuş münaqişə ərazilərində insan hüquqlarının və azadlıqlarının pozulmasına yol verməməyə çağırış idi.
Bu çıxışıma görə məni təqsirləndirdilər ki, guya mən Azərbaycanın hakimiyyət orqanları tərəfindən ələ alınmışam və onların sifarişini yerinə yetirirəm.
Tam məsuliyyətlə bəyan edirəm ki, mən hüquq müdafiəçisiyəm və Ermənistan parlamentinin yüksək tribunasından çıxış edərkən mənim yeganə məqsədim ictimaiyyətin diqqətini dondurulmuş münaqişə ərazilərində insan hüquqlarının pozulması probleminə cəlb etmək, insan hüquqlarının pozulmasına yol verməməyə və bütün problemlərin dinc yolla həllinə çağırmaq idi.
Mənim çıxışımın müxtəlif şəkildə interpretasiya edilməsinə və mənə yarlıqlar asılmasına yol verməmək məqsədi ilə həmin çıxışın mətni və videoyazısı kütləvi informasiya vasitələrində dərc ediləcəkdir”. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !