5 yaşlı Azərbaycanlı qız Avropanı necə fəth etdi? -

5 yaşlı Azərbaycanlı qız Avropanı necə fəth etdi?

Azərbaycan ilk dəfə Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən Golden Sparkles European Music Festival-da təmsil olunub. Müsabiqədə ölkəmizi 5 yaşlı Selcan Müseyibova təmsil edib. Sözləri və musiqisi Məryəm Əlibəyliyə məxsus "Oxuyaq nəğmələri" mahnısı ilə bizi təmsil edən qızcığazın canlı ifası ilə bərabər səhnədəki sərbəstliyi avropalıları heyran edib. Festivalda digər iştirakçılardan fərqlənərək Selcan 2 Diplomla vətənə dönüb." Ən yaxşı xit" və "Ən prespektivli ifaçı" kimi orgkomitetin xüsusi nominasiyasına layig görülüb. Bundan başqa Selcan Müseyibova Avropanın digər ölkəlırində keçiriləcək festivalın təşkilatçılarından təkliflər də alıb. Qeyd edə ki Selcan 3 yaşından səhnədədir və eyni zamanda Cücələrim uşaq qrupunun solistidir.
Festivalda Azərbaycandan munsiflər heyyəti qismində çıxış edən prodüser Hüseyn Cavadzadə səfər təəsüratlarını ......az-la bölüşüb." Ümumiyətlə mən əvvəldən Selcanın uğuruna inanırdim. Musabiqədə Bolqarıstan, İtalya, Rusiya, Almaniya, Ukraina, Ermənistan və s kimi ölkələrdən çox istedadlı və səhnə təcrübəsi olan uşaqlar çıxış etsələr də bizim təmsilçı onların hamısında yaşda kiçik idi.Ama bu ona səhnədə həm münsiflərin həm də tamaşaçıların rəğbətini qazanmağa mane olmadı. Biz öz yaradıcı heyyətimizlə bu istedadlı qızın səhnə fəaliyyətini daha da mükəmməlləşdirmək üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik" 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !