İRƏLİ nümayəndələri beynəlxalq tədbirdə iştirak edib -

“İRƏLİ” nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

“İRƏLİ” İctimai Birliyinin nümayəndələri Rusiya Federasiyasında keçirilən “Gənclərin Birlik Günləri” adlı beynəlxalq düşərgədə iştirak edib. Düşərgə “Etnomir” mədəniyyət-təhsil turizm mərkəzidə keçirilb. Düşərgədə müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lərin fəal gəncləri, gənc bloqçular və fəal jurnalistlər iştirak ediblər.
Azərbaycan nümayəndə heyəti tərkibində “İRƏLİ” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri Xaqani Fərəcov, birliyin üzvü Aytac Musayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədr müavini Ramiz Əliyev, “Sağlam Düşüncə” təşkilatının baş katibi Nicat Xudiyev, “Gənc Vətənpərvərlər Birliyi” üzvü Emil Cabbarov, “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyətinin nümayəndəsi Cavid Rəhimov, Vesti.az İnformasiya Portalının əməkdaşı Vüqar Həsənov, biznesinfo.az İnformasiya Portalının əməkdaşı Ləman Namazova və jurnalist Orxan Yolçiyev təmsil olunub.
Tədbir çərçivəsində ekspertlər, siyasətçilər, dövlət rəsmiləri ilə görüşlər keçirilib, aktual mövzular üzrə seminarlar təşkil olunub, diskussiyalar aparılıb. Bundan əlavə yaradıcılıq və idman tədbirləri də keçirilib.
Eyni zamanda “Birlik” Beynəlxalq Gənclər İctimai Təşkilatının təqdimatı keçirilib, Avropa – Asiya əkəkdaşlığının milli-mənəvi dəyərləri, məqsədi və strukturu haqqında məlumat verilib və müzakirələr aparılıb. Həmçinin “Birlik” Beynəlxalq Gənclər İctimai Təşkilatının idarə heyətinin iclası keçirilib. İclasda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə, “İRƏLİ” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri Xaqani Fərəcov iştirak edib. Xatırladaq ki, 2012-ci il iyul ayında Moskvada keçirilən eyni adlı tədbirdə Şahin Seyidzadə və Xaqani Fərəcov “Birlik” Beynəlxalq Gənclər İctimai Təşkilatının idarə heyətinin üzvü seçilmişdir.
Qeyd edək ki, layihənin məqsədi MDB, Baltikyanı ölkələrin gəncləri və Gürcüstan gəncləri arasında mədəniyyətlərarası dioloqun inkişafını, inteqrasiya prosesinin sürətlənməsini təmin etməkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !