Avropa Gənclər Parlamentinin İdarə Heyətinin üzvü İRƏLİ nin qonağı olub -

Avropa Gənclər Parlamentinin İdarə Heyətinin üzvü “İRƏLİ”nin qonağı olub

Azərbaycanda səfərdə olan Avropa Gənclər Parlamentinin Berlindəki Baş ofisinin İdarə Heyətinin üzvü, Kinqstone Universitetinin professoru Dr. Alan Flover “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olub.
Professor “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, təşkilatın baş katibi Nərmin Məmmədova və “İrəli” üzvləri ilə görüşüb.
İlk olaraq qonaq “İRƏLİ” Gənclik Mərkəzi ilə yaxından tanış olub və birliyin məqsədi, strukturu, iş mexanizmi, layihələri barədə qonağa ətraflı məlumat verilib.
Görüşdə "İRƏLİ"nin beynəlxalq əlaqələrindan danışılıb və qeyd edilib ki, birlik xarici təşkilatlarla yeni əməkdaşlıq əlaqələri qurur, birgə layihələr planı hazırlayır və həmçinin “İrəli” üzvləri mütəmadi olaraq xaricdə müxtəlif sferada keçirilən layihələrdə iştirak edirlər.
Dr. Alan öz növbəsində Kinqstone universiteti haqqında məlumat verib və universitetdə müxtəlif sahələr üzrə ixtisaslaşmanın mümkün olduğunu bildirib. Professor həmçinin Avropa Gənclər Parlamentinin yaranma tarixi, fəaliyyəti haqda məlumat verib və təşkilatın ciddi təhsil layihəsinə əsaslandığını vurğulayıb.
Daha sonra görüş qarşılıqlı müzakirələr şəklində davam edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !