İrəli nin Yay Araşdırma Məktəbi layihəsi baş tutub -

“İrəli”nin “Yay Araşdırma Məktəbi” layihəsi baş tutub

“İrəli” Tədqiqatlar və Araşdırmalar Mərkəzinin “Yay Araşdırma Məktəbi” layihəsi baş tutub. Bir gün davam edən görüş Buzovna qəsəbəsində keçirilib.
Layihədə iştirak üçün 200 nəfər müraciət edib və onlardan yalnız 35 nəfəri müsabiqə əsasında layihə iştirakçısı olmaq hüququ qazanıb.
Seçilən 35 nəfər iştirakçı təşkil olunan “Şəxsi inkişaf”, ”100 sual” və “Uğur-davamlı olduqda uğurdur” panellərində iştirak ediblər.
”Şəxsi inkişaf” mövzusunda keçirilən ilk panel təlimçi İsmayıl Vəliyevin iştirakı ilə baş tutub.
Layihənin ikinci “100 sual” paneli ilk dəfə tətbiq olunan format olub və gənclər tərəfindən maraqla qarşılanıb. Görüşün ilk qonağı “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev olub. Səmimi keçən mühitdə iştirakçılar qonağa 100 sual ünvanlayıblar.
Layihənin son panelinin qonağı gənc sahibkar və təlimçi Mirfariz Muradov olub. “Uğur-davamlı olduqda uğurdur” mövzuda keçirilən paneldə işitrakçılara uğurun necə əldə olunması üçün nümunələr təqdim olunub və mövzu ətrafında müzakirələr aparılıb.
Eyni zamanda layihə iştirakçıları üçün əyləncəli və intellektual oyunlar təşkil olunub.
Xatırladaq ki, “Yay Araşdırma Məktəbi” layihəsinin keçirilməsində əsas məqsəd gənc liderlərin aşkarlanması, mövzu üzrə bilik və bacarıqlarının artırılması, fəal vətəndaş kimi araşdırma aparmalarını təşkil etməkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !