İRƏLİ Yaşıllar Klubu gənclərin yay düşərgəsində iştirak edib -

“İRƏLİ” Yaşıllar Klubu gənclərin yay düşərgəsində iştirak edib

“Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi, İDEA Kampaniyası, “İRƏLİ” İctimai Birliyinin Yaşıllar Klubu, Aznar QSC, Amerika Təhsil Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin dəstəyi ilə İsmayıllıda 30 gənc üçün həyata keçirilən “Ətraf mühit üçün təkrar istifadə” gənclərin yay düşərgəsi yekunlaşıb. Düşərgədə “İRƏLİ” İctimai Birliyini Yaşıllar Klubunun rəhbəri Nərminə İbadova təmsil edib.
Düşərgə ərzində təlimçilər tərəfindən iştirakçılara ekologiya, ətraf mühit, məişət tullantıları və onların idarə olunması, təkrar istifadənin təbiət üçün müsbət tərəfləri, könüllülük, gənclərin ideyalarının həyata keçirilməsi üçün fundrising işinin təşkili ilə bağlı təqdimatlar edilib və plastik materialların ətraf mühit üçün yaratdığı təhlükələrlə bağlı təlimlər keçirilib.
Həmçinin iştirakçılar üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı şəhərinin Qala kəndində yerləşən Ekologiya İdarəsinin “Eko-Park”ına ekskursiya təşkil edilib.
Düşərgə iştirakçılarına “Eko-Park”da quraşdırılan külək generatorları, günəş batereyaları və tətbiq olunan digər texnologiyalar barədə ətraflı məlumat verilib və idarə tərəfindən iştirakçılara hədiyyələr təqdim edilib.
Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd gənclərin yay tətilini səmərəli təşkil edərək onların ətraf mühitə qarşı məsuliyyətini artırmaq və ekoloji biliklər vermək olub.

 

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !