İRƏLİ nümayəndəsi Olimpiya Yay Məktəbində iştirak edir -

“İRƏLİ” nümayəndəsi Olimpiya Yay Məktəbində iştirak edir

2 – 13 avqust tarixlərində Yunanıstanın Olimpiya şəhərində, Beynəlxalq Olimpiya Akademiyasında Azərbaycandan olan gənc məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün Olimpiya Yay Məktəbi təşkil edilir.
“İRƏLİ” İctimai Birliyinin İdman Klubunun rəhbəri Niyaz Əliyev də Olimpiya Yay Məktəbində iştirak edir.
Gənclər və İdman Nazirliyinin Elm-təhsil şöbəsinin müdiri Vüqar Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti tərkibinə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Respublika Olimpiya İdman Liseyinin, Uşaq-Gənclər İdman Məktəblərinin məşqçi-müəllimləri, tələbə-gənclər təşkilatlarının fəal üzvləri daxildir. Ümumilikdə Yay Məktəbində 40 nəfər iştirak edir.
Qeyd edək ki, Olimpiya Yay Məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Beynəlxalq Olimpiya Akademiyası arasında Olimpiya təhsili sahəsində əməkdaşlıq haqqında razılığa əsasən həyata keçirilir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !