"Delusion" sərgisi -

"Delusion" sərgisi

"Üzərində yaşadığımız dünya hər zaman öz ecazkarlığı və mükəmməl yaradılışı ilə məni özünə valeh etmişdir. Lakin bir məqama da toxunmaq istərdim. Gündüz ya gecə,fərq etməz, bu dünyanın bir üzü hər zaman qaranlıq idi. Çünki dünyamız yalnız üzünü günəşə çevirdiyi zaman işıqlanırdı.İnsanların düşüncələri və hissləri də belədir. Ümidlər,diləklər və qorxular. Bəzən qorxularımız bütün hisslərimizi öz qaranlığında gizlədər,amma ümidlərimiz qorxularımıza qalib gələr"
Fazil Hümbətli öz əsərlərində insanların xəyallarını və xəyali azadlıqlarını əks etdirmişdir. Bu əsərlər insanlara öz düşüncələrini görməyə, hisslərini duymağa kömək edəcək. Sizi gənc və istedadlı rəssam Fazil Hümbətlinin "Delusion" müasir incəsənət sərgisinə dəvət edirik. Sərginin açılışı 1 avqust 14:00-da baş tutacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !