Balaca rəssamın Bir fırçanın rəqsi adlı fərdi sərgisi açılmışdır -

Balaca rəssamın “Bir fırçanın rəqsi” adlı fərdi sərgisi açılmışdır

“Baku Creative Center”in dəstəyi ilə 11 yaşlı Samirə Hüseynovanın “Bir fırçanın rəqsi” adlı fərdi sərgisi açılmışdır.
AzPRESS xəbər ki, iki gün davam edəcək sərgidə balaca rəssamın 40-dan çox əl işi nümayiş olunur. Təqdim edilən əsərlərdə mövzu baxımından təbiət mənzərələri və çiçəklər üstünlük təşkil edir.
Samirə Hüseynova 2002-ci il mayın 4-də Mingəçevir şəhərində dünyaya gəlmişdir. O, anadan osteoartroz xəstəliyi ilə doğulmuşdur.
Samirə ilk şəklini 5 yaşında olarkən həkimi üçün çəkmiş, professional rəsmə isə 8 yaşında başlamışdır. Bu günədək üç böyük sərgisi keçirilmişdir.
Təşkil edilmiş bu sərgi xeyriyyə xarakteri daşıyır. Əsərlərin satışından əldə olunacaq gəlir Samirənin müalicəsinə sərf ediləcəkdir.
Xüsusi-fotomüxbir: Rüstəm Fərman

 

...

 

1 avqust 2013-cü il tarixdə Baku Creative Center –in dəstəyi və “Ağ Çiçəyim”-in sponsorluğu ilə Nərmin Hüseynli və Zivər Hüseynovanın təşkilatçılığı ilə 11 yaşlı Samirə Hüseynovanın “Bir fırçanın rəqsi” adlı fərdi sərgisinin açılışı olmuşdur. Açılışda Baku Creative Center-in art direktoru Novruz Məmmədov çıxış edərək Samirəni təbrik edib ona yaradıcılıq uğurları və gələcəkdə də daha böyük sərgilərin keçirilməsini arzu etdi. Sərginin açılışında Samirənin anası da çıxış edib təşkilatçılara minnətdarlığı bildirdi. Qeyd edək ki, iki gün davam edəcək sərgi xeyriyyə xarakteri daşıyır.
Samirə Hüseynova Mirəli qızı 2002-ci il mayın 4-də Mingəçevir şəhərində dünyaya gəlib. Samirə anadan gəlmə ostre-artoz xəstəliyi ilə doğulub. O, ilk rəsmini 5 yaşında ikən həkimi üçün çəkib, ilk boya ilə isə 1-ci sinifdə oxuyanda “A” hərfinə uyğun olaraq şəkil çəkmişdi. İlk professional rəsmə isə 8 yaşında başlamışdı. Bu günə kimi üç böyük sərgisi keçirilib: Muğam Teatrında, Park Bulvarda, Landmark ticarət mərkəzində keçirilib. İlk sərgisi isə 7 yaşında 32 saylı yaradıcılıq mərkəzində olub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !