İRƏLİ Mədəniyyət və İncəsənət Mərkəzi Yoqa həftəsi adlı layihənin icrasına başlayıb -

“İRƏLİ” Mədəniyyət və İncəsənət Mərkəzi “Yoqa həftəsi” adlı layihənin icrasına başlayıb

“İrəli” İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi “Yoqa həftəsi” adlı layihənin icrasına başlayıb.
Gənclərin asudə vaxtının səmərəli təşkil olunması üçün nəzərdə tutulan “Yoqa həftəsi” çərçivəsində ilk yoqa dərsi 6 avqust tarixində keçirilib. Yoqa üzrə mütəxəssis Rinat Hacıyev tərəfindən keçirilən ilk dərs günündə yoqa fəlsəfəsi haqda ümumi məlumat verilib və qeyd edilib ki, Hind fəlsəfəsindən gələn inanca görə yoqa sağlamlığın, idarə etmənin açarıdır.
Xatırladaq ki, “İRƏLİ” Mədəniyyət və İncəsənət Mərkəzi tərəfindən reallaşacaq və mütəmadi xarakter alacaq layihə çərçivəsində gənclərin hər həftə açıq havada yoqa dərslərində iştirak etməsi təmin ediləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !