İRƏLİ dünyanın ən böyük rəqs yarışmasında iştirak edəcək -

“İRƏLİ” dünyanın ən böyük rəqs yarışmasında iştirak edəcək

"My Dance" - unikal rəqs yarışmasıdır. Bu layihənin məqsədi ölkənin istedadlarını bir araya gətirməkdir. Layihədə heç bir yaş məhdudiyyatı qoyulmur. Balacadan böyüyə istəyən hər kəs yarışmaya qatıla bilər.
Bu rəqs şousu ilk dəfə Ukraynanın Kiyev şəhərində keçirilib. Artıq 3 dəfə keçirilən layihə dünyanın ən böyük rəqs yarışmasına çevrilib.
Bu payız ilk dəfə olaraq "My Dance" yarışması Bakıda keçiriləcək. Yarışmaya 8 komandanın qatılacağı və hər bir komandada yüzlərlə könüllülərin iştirakı nəzərdə tutulub. Hər komanda həftədə bir dəfə canlı efir vasitəsi ilə peşəkar xoreoqrafın rəhbərliyi altında hazırladığı rəqsi nümayiş etdirəcək. Şou bir neçə mərhələyə bölünüb və hər biri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Bütün yarışlar Dövlət Bayraq Meydanında baş tutacaq. ər həftə yarışmalar Aztv kanalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi iə canlı efir vasitəsi ilə yayımlanacaq.
Yarışa qatılan komandalardan biri “İRƏLİ” İctimai Birliyini komandası “iDance” olacaq. Bu layihənin ən güclü komanadasına səndə qoşul. “İRƏLİ”nin “iDance” komandasının bir üzvü ol.
İstəyən hər bir kəs bu möhtəşəm layihənin iştirakçısı ola bilər. “İRƏLİ” sizə bu şansı verir. İştirak etmək istəyənlər 23 avqust 2013-cü il tarixinə qədər bu http://ireli.az/mydance linkə daxil olaraq elektron ərizə formasını doldurub müraciət edə bilər.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !