İRƏLİ sədri Rauf Mərdiyev: Dünənki Qarabağ – Xəzər Lənkəran oyunu Milli Şuranın mitinqindən daha böyük maraq doğurdu -

“İRƏLİ” sədri Rauf Mərdiyev: “Dünənki “Qarabağ” – “Xəzər” Lənkəran oyunu Milli Şuranın mitinqindən daha böyük maraq doğurdu”

“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev Milli Şuranın 18 avqust mitinqi barədə açıqlama verib.
Milli Şuranın 18 avqust tarixindəki aksiyası bir daha “birləşmiş” müxalifətin ideoloji və idarəetmə böhranı yaşadığını sübut etmiş oldu. “Birləşmiş” müxalifətin lideri Rüstəm İbrahimbəyovun aksiyaya gəlməməsi isə onsuz da ziddiyyətlər içində parçalanmaq təhlükəsi altında olan Milli Şuranın mövqeyini daha da zəiflətdi. Milli Şuranın social bazasının ən yaxşı halda bir neçə min nəfəri keçmədiyi rəsmi şəkildə təsdiqini tapmış oldu.
Müxalifət cəbhəsində hökm sürən seçki qabağı məyusluq və ümidsizlik özünü açıq-aydın həm aksiya öncəsi, həm də aksiya müddətində və ondan sonra göstərdi.
AKSİYA ÖNCƏSİ
Vahid namizəd ideyasının müxalif cəhbədə yaratdığı qütbləşmə nəticəsində müxalif cəbhənin özündə belə aksiyaya maraq az idi. Dünən keçirilmiş “Qarabağ” – “Xəzər Lənkəran” klubları arasında futbol oyunu Milli Şuranın mitinqindən daha böyük marağa səbəb oldu.
AKSİYA ZAMANI
Mitinqə gələn insanların azlığını müxalifətçilər özləri də etiraf etdilər. Bu səbəbdən mitinqdən inanılmaz dərəcədə az foto və video görüntülər paylaşıldı. Hətta zaman-zaman mitinqə gələn insanların sayının, təşkilatçıların gətirdikləri bayraq və plakatların sayından az olduğu fikri də səslənməkdədir. Müxalifətə yaxın qaynaqlar mitinqdə 3000 nəfər insanın iştirak etdiyini qeyd edir. İştirakçı sayını 3000 nəfər qəbul etsək belə, bu rəqəm Azərbaycanda səsvermə hüququ olan insanların cəmi 0,06 %-ni təşkil edir. Yəqin ki, bu rəqəmin nə qədər kiçik olduğu barədə fikir yürütməyə ehtiyac yoxdur.
Milli Şura daxilindəki fikir ayrıseçkiliyi açıq-aydın hiss olunurdu. Çıxış edənlərin nitqlərində qeyri-müəyyənlik və ümidsizlik nəzərdən yayınmırdı. İstifadə müddəti çoxdan bitmiş şüarlar və populist çıxışlar, bəzən isə bir-biri ilə kəskin ziddiyyət təşkil edən fikirlər səsləndirilirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !