İRƏLİ nümayəndəsi beynəlxalq təlimdə təmsil olunub -

“İRƏLİ” nümayəndəsi beynəlxalq təlimdə təmsil olunub

“İRƏLİ” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri Xaqani Fərəcov 20-22 avqust tarixlərində Gürcüstanın Tiflis şəhərində “Şərq Tərəfdaşlığı ölkələrinin gənclər siyasəti” beynəlxalq təlim proqramında iştirak edib.
Gürcüstanın paytaxtı Tiflis şəhərinində Avropa İttifaqı tərəfindən dəstəklənən beynəlxalq təlimdə Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan,Ukrayna, Belarusiya, Moldova, Gürcüstan və Ermənistan) dövlət rəsmiləri, ictimai və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
“Şərq Tərəfdaşlığı ölkələrinin gənclər siyasəti” proqramı çərçivəsində tədbirlər proqramının hazırlanması nəzərdə tutulub.
Qeyd edək ki, 6 ölkədən 20-dən artıq iştirakçının qatıldığı beynəlxalq təlim proqramının əsas məqsədi müxtəlif ölkələrin gənclər siyasəti sahəsində təcrübənin bölüşülməsi, Avropa İttifaqının gənclər siyasətinin “Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilməsi metodlarının hazırlanmasıdır.
Təlimdə ölkəmizi həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Bəyimxanım Məmmədova təmsil edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !