"İRƏLİ" ABŞ-ın Young Global Lidership Foundation təşkilatı ilə əməkdaşlıq memorandumu imzalayıb -

"İRƏLİ" ABŞ-ın “Young Global Lidership Foundation” təşkilatı ilə əməkdaşlıq memorandumu imzalayıb

“İRƏLİ” İctimai Birliyi beynəlxalq əməkdaşlığını genişləndirməkdə davam edir.
24 avqust tarixində ABŞ-ın “Young Global Lidership Foundation” və "İRƏLİ" İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. “İRƏLİ” Gənclik mərkəzində baş tutan imzalama mərasimindən əvvəl gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
“Young Global Lidership Foundation” təşkilatının Azərbaycanlı nümayəndəsi Günel Əlizadə 2014-cü ilin yanvarında New Yorkda baş tutacaq “Annual Colloquium”a “İRƏLİ” nümayəndələrini dəvət edib.
"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev isə qeyd edib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin inkişafı üçün gözəl imkanlar yaradır.
Rauf Mərdiyev "Bu gün imzalayacağımız əməkdaşlıq sazişi gələcəkdə ortaq tədbirlərin həyata keçirilməsi üçün gözəl imkan yaradır" deyə vurğulayıb.
Çıxışlardan sonra tərəflər əməkdaşlıq memorandumuna imza atıblar və sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, “Young Global Lidership Foundation” təşkilatının 2014-cü ilin avqust ayında Bakıda keçirəcəyi BakıSimposiumunda “İRƏLİ” İctimai Birliyi tərəfdaş olaraq çıxış edəcək.
Xatırladaq ki, 2013-cü il ərzində "İRƏLİ" İctimai Birliyi tərəfindən imzalanmış 4-cü əməkdaşlıq memorandumudur. "İRƏLİ" İctimai Birliyi bu ilin fevral ayında Ümumrusiya Gənclər İttifaqı, mart ayında İtaliyanın "Giovanni nel Mondo" təşkilatı, iyunda isə Ukrayna Gənclər Assambleyası ilə oxşar müqavilələr imzalayıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !