Koreyalı gənclər İRƏLİ Gənclik Mərkəzi ilə tanış olub -

Koreyalı gənclər “İRƏLİ” Gənclik Mərkəzi ilə tanış olub

Azərbaycanda səfərdə olan Koreyanın gənclərdən ibarət nümayəndə heyəti 26 avqust tarixində “İRƏLİ” İctimai Birliyinin qonağı olub.

Qonaqları qarşılayan “İRƏLİ” İctimai Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi Türkan Vüsət qızı ilk olaraq nümayəndə heyətini “İRƏLİ” Gənclik Mərkəzi ilə yaxından tanış edib. Nümayəndə heyətinə birliyin məqsədi, strukturu, iş mexanizmi, layihələri barədə ətraflı məlumat verilib. Həmçinin birliyin fəaliyyətini geniş əks etdirən təqdimat göstərilib.

Nümayəndə heyəti adından çıxış edən Koreyanın gənclərlə iş agentliyinin, ictimaiyyətlə əlaqələr departamentinin baş meneceri Li Xon Su öz növbəsində təmsil etdiyi təşkilatın, həmçinin ölkəsinin gənclər siyasəti haqda danışıb. Görüşdən məmnunluğunu bildirən Li Xon Su Azərbaycanda uğurla aparılan dövlət gənclər siyasətini, eyni zamanda birliyin fəaliyyətini yüksək qiymətləndirib.

Görüş qarşılıqlı diskussiya şəklində davam edib, gələcəkdə iki ölkə gənclər təşkilatlarının fəaliyyəti və birgə əməkdaşlıq müzakirə edilib.

Sonda qonaqları maraqlandıran suallar ərtaflı cavablandırılıb və xatirə şəkli çəkdirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !