İRƏLİ nin Activate yourself layihəsi yekunlaşıb -

“İRƏLİ”nin “Activate yourself” layihəsi yekunlaşıb

“İRƏLİ” İctimai Birliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə “İRƏLİ” Gənclik Mərkəzində “Activate yourself” layihəsi keçirilib.
“İRƏLİ” İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Xaqani Fərəcov “İRƏLİ”nin beynəlxalq əlaqələrindən danışıb və qeyd edib ki, birlik mütəmadi olaraq yeni əlaqələrin qurulması istiqamətində işlər görür.
“İRƏLİ” İctimai Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi və “Activate yourself” layihəsinin rəhbəri Türkan Vüsət qızı bildirib ki, beynəlxalq əlaqələrin inkişafında zəncirvari müxtəlif tipli layihələrin keçirilməsi planlaşdırılır. Həmçinin Türkan Vüsət qızı iştirakçılara keçiriləcək növbəti beynəlxalq layihələr haqda məlumat verib.
Daha sonra layihə çərçivəsində Toğrul Ələkbər tərəfindən 2 panel şəklində seminar keçirilib. Birinci paneldə aktivlik dilemmasından danışılıb, ikinci paneldə Youth İn Action proqramı haqqında ümumi məlumat verilib.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin sosial fəaliyyətdə aktivliyinin, gənclərin beynəlxalq layihələrdə təcrübələrinin artırılması, eləcə də beynəlxalq proqramlar, xüsusilə Avropa İttifaqının Youth In Action (Gənclər Fəaliyyətdə Proqramı) haqda gənclərin məlumatlandırılması olub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !