İRƏLİ PR Məktəbi layihəsinə start verir -

“İRƏLİ” “PR Məktəbi” layihəsinə start verir

Müasir dövrdə Azərbaycanda və dünyada ictimaiyyətlə əlaqələrə (Public Relation) olan marağı, eləcə də ölkəmizdə bu sahənin mütəxəssislərinə ehtiyacı nəzərə alaraq “İRƏLİ” İctimai Birliyi və Hajizade Group şirkəti birgə “PR Məktəbi” layihəsinə start verir.
Layihə müddətində 25 gəncə ölkənin aparıcı, təcrübəli PR və marketinq üzrə mütəxəssisləri, eləcə də media nümayəndələri PR fəaliyyətinin incəlikləri, xüsusiyyətləri haqda məlumat verəcək, mövzu ilə bağlı təlimlər keçiriləcək. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
“PR Məktəbi” layihəsinin məqsədi gənclərin gələcək peşələrində bu sahənin geniş tətbiqinə imkan yaratmaq, ictimaiyyətlə əlaqələr haqqında təlimlər keçərək, onlara bu sahədə lazım olan təməl bilikləri verməkdir.
Qeyd edək ki, “PR Məktəbi”nin iştirakçıları arasında əsasən üstünlük sosial aktivliyi ilə seçilən gənclərə veriləcək.
“PR Məktəbi” layihəsində iştirak etmək istəyən şəxslər 9 sentyabr 2013-cü il tarixinə kimi “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında yerləşdirilən elektron müraciət formasını doldurmalı, daha sonra müsahibədə iştirak etməlidir. Sentyabrın 16-da “PR Məktəbi”nin iştirakçılarının adları “İRƏLİ” İctimai Birliyi (www.ireli.az) və Hajizade Group (www.hajizadegroup.com) şirkətinin rəsmi saytlarında elan ediləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !