İRƏLİ nümayəndələri Azərbaycanı Latviyada təmsil edib -

“İRƏLİ” nümayəndələri Azərbaycanı Latviyada təmsil edib

“İRƏLİ” İctimai Birliyinin üzvləri 4-11 sentyabr tarixlərində Latviyada keçirilən "Volunteering-employment generator" gənclərin təcrübə mübadiləsi proqramında iştirak ediblər. Hüseyn Məmmədov, Nərmin Balayeva, Səriyyə Abuzərli, Ülviyyə Qəhrəmanlı, Fuad Əliyev və komanda rəhbəri Kəmaləddin Nəzərli olmaqla 6 nəfərlik nümayəndə heyəti Azərbaycanı Latviyada təmsil edib.
Ümumilikdə 5 ölkənin (Azərbaycan, Latviya, Xorvatiya, Makedoniya, Serbiya) iştirak etdiyi proqramda komandalar təlim, seminar və qrup işlərində iştirak ediblər. Eyni zamanda proqram çərçivəsində iştirakçıların Latviyanin Dauqavpils şəhər rəhbərliyi və rəsmilərlə görüşləri keçirilib.
Tədbirdə “İRƏLİ” nümayəndələri Azərbaycanda aparılan uğurlu gənclər siyasəti , eyni zamanda “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti haqda geniş məlumat verib, tədbir iştirakçılarına hədiyyələr təqdim ediblər.
Həmçinin tədbir çərçivəsində hər bir ölkənin mədəniyyət gecəsi keçirilib və nümayəndə heyəti Azərbaycan gecəsi təşkil edib. Gecədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti təqdim olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !