İRƏLİ nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib -

“İRƏLİ” nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

“İRƏLİ” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri Xaqani Fərəcov 11-13 sentyabr tarixlərində Ukraynanın Kiev şəhərində “Şərq Tərəfdaşlığı ölkələrinin gənclər siyasəti” beynəlxalq təlimçilər üçün təlim proqramında iştirak edib.
Ukraynanın paytaxtı Kiev şəhərində baş tutan Avrop İttifaqı tərəfindən dəstəklənən beynəlxalq tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Ukrayna, Belarusiya, Moldova, Gürcüstan və Ermənistan) dövlət rəsmiləri, ictimai və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
6 ölkədən 20-dən artıq iştirakçının qatıldığı beynəlxalq təlim proqramın əsas məqsədi müxtəlif ölkələrin gənclər siyasəti sahəsində təcrübəsinin bölüşülməsi, Avropa İttifaqının gənclər siyasətinin “Şərq Tərəfdaşlığı ölkələrində həyatə keçirilməsi metodlarının hazırlanması olub.
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı ölkələrinin gənclər siyasətinin” proqramı çərçivəsində “Gənclərin iştirakı” regionlar və milli strategiyanın hazırlanması nəzərdə tutulur.
Həmçinin təlimdə ölkəmizi Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin gənclər şöbəsinin aparıcı məsləhətçisi Nisə Paşayeva və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Bəyimxanım Məmmədova təmsil edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !