İRƏLİ növbəti Pecha Kucha Night Baku Vol2-10il keçirdi -

“İRƏLİ” növbəti Pecha Kucha Night Baku “Vol2-10il” keçirdi

18 sentyabr tarixində “10 il” kampaniyası çərçivəsində 28 Cinema və “Yaguar” Eenerji içkisinin dəstəyi ilə 28 Mall-da yerləşən 28 Cinema-da 350 nəfərin iştirakı ilə ikinci Pecha Kucha Night Baku “Vol2-10il” baş tutub.
Tədbiri giriş sözü ilə açan layihənin Azərbaycan üzrə nümayəndəsi, “İRƏLİ” İctimai Birliyinin Təlim və Karyera Mərkəzinin rəhbəri Nihad Allahyarlı bildirib ki, dünyada geniş populyarlıq qazanmış Pecha Kucha (PKN) təqdimatları ilk dəfə olaraq Azərbaycanda “İRƏLİ” tərəfindən təşkil edilib və ”İRƏLİ” İctimai Birliyi 2012-ci ildə PKN tədbirlərinin Azərbaycanda keçirilməsi üçün rəsmi razılıq əldə edib. Nihad Allahyarli onu da əlavə edib ki, ilk "PKN Baku Vol 1." 25 aprel, 2013-cü il tarixində “Hezz Club”da keçirilib.
Daha sonra isə 6 müxtəlif sahələrdə uğur qazanmış spikerlərin çıxışları baş tutub. Spikerlər qismində Rəşad Əliyev – İlkAddımlar.com saytının yaradıcısı, Ramil Bağırov – Finansist jurnalının baş redaktoru, Rövşən Əkbərov - “Təbiət Elmləri” İctimai Birliyinin sədri, Cəsarət Vəliyev – fəlsəfə doktoru, TV ekspert, Rüstəm Həsənov – İnformasiya Texnologiyalar üzrə menecer və Əli Hacızadə Hajizade Group şirkətinin rəhbəri çıxış ediblər. Spikerlər əldə etdikləri nailliyətlər, uğur hekayələri haqda təqdimatlar edib və verdikləri mesajlar auditoriya tərəfindən böyük maraqla qarşılanıb.
“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev çıxışında qeyd edib ki, hər zaman yeniliklərə imza atan “İRƏLİ” dünyada yetərincə məşhur olan bu brendi də Azərbaycana gətirib və təqdimatlar gənclər tərəfindən böyük maraqla qarşılanıb. “İRƏLİ” sədri bundan sonra da davamlı olaraq bu təqdimatların keçiriləcəyini bildirib.
Qeyd edək ki, Pecha Kucha (yapon dilindən tərcümədə "söhbət etmək") 2003-cü ildə Yaponiyada başladılmış və qısa vaxt ərzində bütün dünyaya yayılmış təqdimat formatıdır. Hal-hazırda “Pecha Kucha” dünyanın 120-dən çox ölkəsinin 530-dan artıq şəhərində həyata keçirilir. Azərbaycan Pecha Kucha Night tədbirləri keçirilən 171-ci ölkə, Bakı isə 535-ci şəhərdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !