Aida Mahmudovanın sərgisi -

Aida Mahmudovanın sərgisi

Aida Mahmudova 1982-ci ildə Bakı şəhərində dünyay göz açıb və Londonda yerləşən Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakultəsini bitirib.Rəngkarlıq,fotoşəkil və instalyasiyalar daxil olmaqla,xanım rəssam bir çox incəsənət istiqamətində fəaliyət göstərir.O,həmçinin Bakıda yerləşən və əsas məqsədi Azərbaycanda və xaricdə müasir incəsənətinin inkişafı və dəstəklənməsi olan “YARAT Müasir İncəsənət Məkanı” qeyri-kommersiya təşkilatının təsisçisi və rəhbəridir.Xanım rəssamın yaratdığı içlər iri Avropa sərgiləri çərçivəsində Romanın MAXXİ Muzeyində,Moskvanın Multimediya Sənəti Muzeyində və Londonda Filip de Püri Fondunun sərgilərində nümayiş olunub.
Gənc Azərbaycan rəssamı Aida Mahmudovanın daha bir“Daxili Sakitlik” adlı fərdi sərgisi “Kichik Galart” Sərgi Salonunda tamaşaçılara təqdim olundu.
“Daxili Sakitlik” sərgisi insan yaddaşı və həsrətin təbiəti haqqında düşüncələrdir.Xanım rəssam öz yaradıcılığında hansısa müəyyən məkana bağlılıqdan daha çox həmin məkanla əlaqəli xatirələri qabardan Vətən həsrəti mövzusunu araşdırır.Əsərlərin müəllifi yaddaşla itirilmiş zəmanənin qəlpələri arasında incə rabitəni aşkar edir.Onun əsərlərində təsvir olunan tarix həyat anlarından,bir-birilə əlaqəli olmayan,yalnız fərdi emosional iztirablar və fövqəladə qavrama vasitəsilə duyulan fraqmentlərdən ibarətdir.Gənc rəssamın baxışlarına əsasən həyatın nəhəng şəklində fərdə məxsus olan ünsürlər sezilir,onun ərsəyə gətirdiyi əsərlər yaddaşın təkamül yolunu izləyir,xatirələrin canlandırılmasının tayı-bərabəri olmayan təcrübəni tamaşaçılara anladır.
Gənc rəssam öz əsərlərini əsasən doğma Azərabyacanından və orada olan uşaqlıq xatirələrindən ilhamlanaraq yaratdığını bildiri: “Mənim sənətim şəxsiyətimin təməlini təşkil edən yaddaşımın fasiləsiz tədqiqatıdır.Bu tədqiqatın mərkəzi nöqtəsi və sənətimin əbədi ilham mənbəyi dərk olunmuş,ucqar,texniki tərəqqi ilə əhatə olunmayan Azərbaycan bölgələrdir.Ətrafımızı saran cismani dünya o dərəcədə şiddətli metamorfozlara uğrayır ki,xatirələrimiz çox zaman yayğın hala düşür,altşüurumuz isə,xatirə anlarımızı fərqli nöqteyi-nəzərdən təqdim etməklə bizimlə zarafat edir.Belə bir hal şəxsiyətimizin tamlığını zədələyir.Bu proses əsnasında modernləşmə və urbanizasiya təsirinə məruz qalmayan bölgələr və regionlar ”itirilmiş çatışmayan bənd” rolunu ifa edirlər.Onlar həqiqi keçmişi yalnız şüurumuzda mövcud olan,xəyali keçmişlə birləşdirən özəyi təmsil edirlər.
Onlar mənim şəxsiyətimin toxumlarını təcəssüm etdirirlər.Gerçək və uydurma,xatirələr və indiki an,şüur və alt şüur məhz bu məkanlarda cəmləşib.O və ya digər məkanın fiziki reallığını daxildən yaşadıqda,sanki uşaqlıq dövrümün məkanlarına səfər edirəm.Bu cür görüşlər sayəsində mən indiki zamanda mövcud olan keçmiş anlarımı qavrayıb hiss edə bilərəm.
Ölkəmizin tarix salnaməsi səhifələri eyni zamanda əbədi və müvəqqətidir,universal və özünəməxsusdur.Şəxsiyyətimi və yaradıcılığımı təşkil edən sezilməyən xatirələri fiziki formaya salmaq lazım olduqda,mən məhz bu salnamə səhifələrinə istinad edirəm”
Xanım rəssamın işlərində əsas yer solğun çalarlara məxsusdur.Onun ərsəyə gətirdiyi əsərlərdə köhnə Bakıda və Abşeron yarımadasında yerləşən real və təsəvvür edilən yerlər sanki xəfif pərədəyə bürünüb.Vahid kompozisiya məhz keçmiş həyatın unudulmuş anları hesabına formalaşır.
Yaratdığı əsərlər vasitəsilə xanım rəssam qeybə çəkilən xatirələri həyata qaytarmağa çalışır.Onun vizual düşüncələri bizi fəza və zaman cəngəlliklərinə qərq edir.Belə bədii retrospeksiyalar Aidanın doğma diyarı olan Azərbaycana xasdır,lakin onun xaricdə yaşadığı təcrübə sayəsində bu üslub yeni avazla səslənir.
Yüksək texnologiyaların inkişafı və ümumbəşəri urbanizasiya,habelə kütləvi qloballaşma və miqrasiya dövründə fəaliyyət göstərən xanım rəssam nəzərimizə çatdırmaq istəyir ki,Vətən həsrəti anlayışı artıq xəritədə göstərilən ayrıca məkan və ya konteksdə şamil oluna bilməz,bu hiss qorxuların,səslərin və hissiyatların keçmişin qəlpələrini təmsil etdiyi cismani iztirabların bütöv mücəssəməsini təşkil etməkdədir.
Sonda onu da qeyd edim ki, Aida Mahmudovanın fərdi sərgisi 2013-cü ilin 20 sentyabırdan 21 oktyabradək İçəri Şəhərdə Kiçik Qala küçəsi,58 ünvanında yerləşən “Kichik Galart” sərgi salonunda keçiriləcək.
FOTO + MÜXBİR:ŞƏMSİ ƏLYAROĞLU

 

...

 

Kichik GalArt və YARAT! Müasir İncəsənət məkanı gənc Azərbaycan rəssamı Aida Mahmudovanın "Daxili aləm" adlı fərdi sərgisini təqdim edir. Bu işlərini müəllif ilk dəfə İsveçrədə nümayiş etdirib. O, Azərbaycan tarixindən ilham alaraq şəxsi təcrübəsi ilə çalışıb.
Aida Mahmudovanın bədii əsərlərində bir məkanın xatirəsinin həsrəti duyulur. Eyni zamanda rəssam yaddaşının keçmişin xarabalıqlarına necə bağlı olduğunu göstərir. Onun əsərlərində tarix yaddaşın anlarından ibarət kolleksiya kimi təqdim edilir. "Mənim incəsənətim -yaddaşımın daimi və uzun müddətli araşdırmasıdır" -müəllif deyir.
İlham mənbəyim Azərbaycanda unudulmuş, ayaq dəyməmiş yerlərdir. Xatirələrimiz tez-tez şüuraltı dolaşır, yaddaşdan silinir. Bu, bizi dəyişir.
Aida Mahmudova işlərində zəif tonlardan istifadə edir və rəsmləri dumanla örtülü olur. Əsərlərdə qədim Bakıdan və Abşeron yarımadasından yerlər təsvir olunub.
Sərginin açılışı 21 sentyabr 19:00-da Kicik Qalart Gallery-də olacaq. Qalereya hər gün 15:00-dan 21:00-a qədər açıqdır. Sərgi 20 oktyabra qədər davam edəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !