İRƏLİ nümayəndəsi beynəlxaq forumda təmsil olunub -

“İRƏLİ” nümayəndəsi beynəlxaq forumda təmsil olunub

“İRƏLİ” Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri Kəmaləddin Nəzərli Ukraynanın Kiev şəhərində keçirilən “Şərq tərəfdaşlığı ölkələrinin ali təhsilinin gələcəyi: problemlər və inkişaf istiqamətləri” adlı beynəlxalq forumda ekspert qismində iştirak edib.
Ukraynanın paytaxtı Kiev şəhərində baş tutan “Demokratik İntibah Mərkəzi” tərəfindən təşkil olunan və Çex Respublikası səfirliyinin dəstəyi ilə həyata keçirilən beynəlxalq forumda Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Ukrayna, Belorusiya, Gürcüstan və Ermənistan) təşkilatlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, beynəlxalq forumun əsas məqsədi müxtəlif ölkələrin təhsil siyasəti sahəsində təcrübəsinin bölüşülməsi, bu istiqamətdə Şərq tərəfdaşlığı ölkələrində olan problemlərinin müzakirəsindən ibarət olub.
Forum müddətində iştirakçılar Kievdə yerləşən bir neçə ali təhsil müəssisələrində olub və orada olan şəraitlə yaxından tanış olublar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !