İRƏLİ 7-ci Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak edib -

“İRƏLİ” 7-ci Beynəlxalq “Təhsil və Karyera” sərgisində iştirak edib

Bakıda keçirilən 7-ci Beynəlxalq “Təhsil və Karyera” sərgisinin açılış mərasimində “İRƏLİ” İctima Biliyi də öz stendi ilə təmsil olunub.
Sərginin ilk günü Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarov da açılış mərasimində iştirak edib. Təhsil naziri “İRƏLİ” stendini ziyarət edib və stendlə maraqlanaraq suallarını ünvanlayıb.
Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi “Təlim və Karyera”, “Xarici dillər” və “Xaricdə Təhsil” Mərkəzi ilə sərgidə təmsil olunan yeganə ictimai birlik olub.
Sərgi boyunca “İRƏLİ” İctimai Birliyinin stendinə böyük maraq olub, belə ki 3 gün davam edən sərgi ərzində 700 nəfərdən çox üzvlük müraciəti olunub və minlərlə insan stendi ziyarət edib.
“İRƏLİ” nümayəndələri stendi ziyarət edən şəxslərə “İRƏLİ”nin fəaliyyəti haqda geniş məlumat verib və ziyatərçilərə “İRƏLİ” fəaliyyətini əks etdirən məlumat kitabçaları təqdim ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !